Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər:
Silo və avadanlıqlarda görünən nasazlıqlar, material sızması, tıxanma, qeyri-adi
səs, vibrasiya və digər təhlükəli hallar barədə rəhbərliyə məlumat vermək.
Xammalın qəbulu və boşaldılması prosesinə nəzarət etmək.
Silolardakı xammalın səviyyəsini izləmək, dolma və boşalma proseslərini müəyyən edilmiş
limitlər daxilində saxlamaq.
Xammalın düzgün siloya yönləndirilməsini və
müxtəlif materialların qarışmasının qarşısının alınmasını təmin etmək.
Konveyer, şnek, klapan və dozalama sistemlərini təsdiq edilmiş iş ardıcıllığına uyğun idarə
etmək.
İstehsalat xəttinə xammalın tələb olunan miqdarda və fasiləsiz
verilməsini təmin etmək.
İdarəetmə panelindəki göstəriciləri,
xəbərdarlıqları və avtomatlaşdırma sisteminin siqnallarını izləmək.
Xammalın çatışmazlığı, həddindən artıq dolma, ötürmə prosesinin dayanması və digər
kənarlaşmalar barədə növbə rəisinə vaxtında məlumat vermək.
İş prosesi
zamanı xammalın itkisinin, dağılmasının və çirklənməsinin qarşısını almaq.
İş yerinin təmizliyini və səliqəsini qorumaq, xammal qalıqlarının müəssisənin müəyyən etdiyi
qaydada təmizlənməsini təmin etmək.
Növbənin sonunda işi təhvil vermək və
növbəti operatora mövcud vəziyyət, xammal ehtiyatı və aşkar edilmiş problemlər barədə məlumat
vermək.
Təhlükəsizlik qaydalarına uyğun olaraq, avadanlığın təmizlənməsi
və texniki xidmətə hazırlanması proseslərində iştirak etmək.
Rəhbərlik
tərəfindən vəzifəyə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Vəzifədən gözləntilər:
Təhsil səviyyəsi: Ali və ya Orta ixtisas təhsil, texniki təhsil
üstünlükdür.
İş təcrübəsi: 1-3 il
Dil bilikləri: Azərbaycan dili (əla)
Fiziki
tələblər:Yoxdur
İş şəraiti:
İş Yeri:Yevlax rayonu, Nizami prospekti 2
İş qrafiki: 6 günlük
Azərbaycan Respublikası Əmək
Məcəlləsinə əsasən əmək müqaviləsi
Könüllü Tibbi
sığorta
Nahar şirkət tərəfindən qarşılanaır
Servis təminatı
Əmək haqqı:Müsahibə əsasında
təyin olunur
Maraqlananlar öz CV formalarınıMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun
mövzu bölməsində, “Silo operatoru” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə
baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin
növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
