Vakansiya haqqında
Təcili olaraq aşağıdakı şərtlər üzrə “Texniki nəzarət üzrə
mühəndisi”tələb olunur.
İş şəraiti
İş yeri: Bakı/Azərbaycan (İş yeri Bakı şəhəri olmaqla, fəaliyyət
sahəsinin tələblərinə uyğun olaraq regionlardakı tikinti obyektlərinə ezamiyyətlərin təşkili və təminatı mövcud
qanunvericiliyin tələblərinə tam uyğun olaraq həyata keçirilir.)
İş saatı: Həftədə 5 gün 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı:Müsahibənin nəticəsinə əsasən namizədin bilik və təcrübəsinə uyğun
müəyyən ediləcəkdir.
Vəzifə öhdəlikləri
Tikinti norma və qaydalarının tələblərinə və müqavilə şərtlərinə uyğun olaraq
tikintilərə nəzarət funksiyalarını yerinə yetirmək;
Müqavilələrin
öhdəliklərinə uyğun olaraq qiymətləndirmə meyarlarının təhlili, müvafiq qaydada razılaşdırılması, icra olunmuş
işlərin dəyərinin təsdiq edilməsi məqsədi ilə müvafiq yoxlamaların aparılması, qüsurların müəyyən edilməsi, aradan
qaldırılması üçün tədbirlərin görülməsi və forma 2 aktlarının qəbulunu həyata keçirmək;
Layihələr üzrə tələb olunan mal-materialların və avadanlıqların keyfiyyətinə nəzarət
etmək;
Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatları tətbiq etmək və
prosesi təqib etmək;
Tikinti obyektləri ilə bağlı statistik məlumatlar
toplamaq və birbaşa rəhbərinə məruzə etmək;
Obyektlər üzrə aşkarlanmış
problemlərin həlli istiqamətində rəhbərlik tərəfindən müvafiq problemlərlə bağlı tikintinin icrasının təminatı
barədə verdiyi qərarların icrasını təmin etmək;
Təsdiq olunmuş tikinti
qrafikinə uyğun olaraq tikinti-quraşdırma işlərinin icrasına nəzarəti həyata keçirmək;
SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə qanunvericilik tələblərinə əsasən
layihə ilə bağlı risklərin idarə edilməsi strategiyasına nəzarət etmək;
Mütəmadi işin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərinə təqdim etmək.
Tələblər
İnşaat mühəndisliyi, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri
fakültəsinin müvafiq ixtisasları üzrə ali təhsil;
Texniki nəzarət üzrə
minimum 3 il iş təcrübəsi;
Tikinti sahəsində bilavasitə
fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcək.
Bacarıq və səriştələr
Ünsiyyət və təşkilati bacarıq;
İşgüzar
danışıqlar aparmaq bacarığı;
Problemi qısa zaman çərçivəsində həll edə
bilmə və analiz etmə bacarığı;
Azərbaycan dilində səlis yazmaq və
danışmaq;
Təqdimat, idarəetmə, komanda şəklində
işləmək;
Qarşıya çıxan problemləri həll etmək, yüksək dəqiqlik və baş
verə biləcək potensial dəyişiklikləri müəyyən etmək bacarıqlar;
Autocad,
Ms. Office programları, Excell əla səviyyədə.
Biz nə təklif edirik?
Strateji əhəmiyyətli tikinti və infrastruktur layihələrində iştirak
imkanı;
Peşəkar və dinamik iş mühiti;
Təcrübəli komanda ilə işləmək və biliklərinizi inkişaf etdirmək imkanı;
Əmək bazarına uyğun rəqabətli əməkhaqqı.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər. CV-ləri göndərərkən başlıq yerinə aidiyyəti üzrə iş yerinə dair
məlumatı “texniki nəzarət üzrə mühəndis”qeyd etməyi unutmayın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
