Vakansiya haqqında
“STP GLOBAL CABLE” MMCKeyfiyyət təminatı və
keyfiyyətə nəzarət şöbəsində“Keyfiyyətə nəzarət üzrə müfəttiş”vakansiyası elan
edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun
nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm
məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı
olan şirkətimiz xarici bazar üzrə dəönəmli müştəri bazasına malikdir.
Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə
təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
Ali təhsil — elektrik, elektrotexnika,
materialşünaslıq, mexanika və ya əlaqəli sahə;
Əlaqəli sahə üzrə minimum 3 il iş stajı;
Azərbaycan dilini sərbəst, ingilis və rus dilini
bilməsi arzuolunandır;
MS
office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib
olmalı;
Problem həll etmə
və analitik düşünmə qabiliyyətinə malik olmalı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik
olmalıdır.
Hansı işləri görəcəksiniz?
Kabel istehsalı texnologiyası və prosesləri
üzrə praktiki bilik;
IEC,
EN, ГОСТ və digər müvafiq kabel standartlarını bilmək;
Kabel konstruksiyası və əsas materiallar haqqında texniki
bilik;
İstehsal prosesində
aralıq nəzarət və vizual yoxlamaların aparılması;
Ölçü cihazlarından və laboratoriya avadanlıqlarından istifadə
bacarığı;
Uyğunsuzluqların
və istehsalat qüsurlarının aşkar edilməsi və qeydiyyatı;
Texniki sənədlər, çertyojlar, spesifikasiyalar və ITP ilə işləmə
bacarığı;
Ölçmə və sınaq
nəticələrinin düzgün sənədləşdirilməsi
Nə əldə edəcəksiniz?
Ölkənin ən böyük sənaye müəssisəsində işləmək
imkanı;
Adekvat əmək
haqqı;
Təlim və
inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
Əmək haqqı şirkət daxili mövcud
dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin
edilmə;
İş vaxtı: Bazar
ertəsi - Cümə, 08:00 – 17:00;
İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən
CV-lərini mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə müfəttiş” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına və
eyni zamandahttps://stpcareer.comsəhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
