Vakansiya haqqında
Core Construction MMC komandamıza metal konstruksiyaların layihələndirilməsi, istehsalı
və montaj proseslərinin koordinasiyası üzrə çalışacaq *Metal Konstruksiya üzrə Mühəndis* axtarır.
Vəzifə öhdəlikləri
Metal konstruksiyaların layihələndirilməsi və konstruktiv həllərin hazırlanmasında
iştirak etmək;
Metal konstruksiyaların texniki və konstruktiv
hesablamalarını aparmaq;
Metal konstruksiya üzrə işçi çertyojların və
texniki sənədlərin hazırlanmasını təmin etmək;
Layihə çertyojlarını
təhlil etmək və texniki uyğunsuzluqları müəyyən etmək;
Metal
konstruksiyaların istehsal və montaj proseslərinə texniki nəzarət etmək;
İstehsalat və tikinti sahəsində konstruksiyaların layihəyə uyğunluğunu
yoxlamaq;
Montaj zamanı yaranan texniki məsələləri araşdırmaq və
konstruktiv həllər təqdim etmək;
Sütun, tir, ferma, proqon, karniz,
navalça və digər metal konstruksiya elementlərinin quraşdırılmasına texniki nəzarət etmək;
Birləşmələrin, qaynaq işlərinin, bolt birləşmələrinin və digər konstruktiv elementlərin
layihəyə uyğunluğunu yoxlamaq;
Metal konstruksiyaların ölçülərinin,
oxlarının, səviyyələrinin və geometrik uyğunluğunun yoxlanılmasında iştirak etmək;
Material spesifikasiyalarının və metal sərfinin hazırlanmasına nəzarət
etmək;
Materialların layihə və texniki tələblərə uyğunluğunu
yoxlamaq;
Podratçı, istehsalat və montaj briqadaları ilə koordinasiyalı
işləmək;
Layihə rəhbəri və digər mühəndislərlə mütəmadi koordinasiya
aparmaq;
Görülən işlərin həcmi və icra vəziyyəti üzrə hesabatların
hazırlanmasında iştirak etmək;
Aşkar edilmiş texniki uyğunsuzluqlar
barədə rəhbərliyə məlumat vermək və onların aradan qaldırılmasını koordinasiya etmək.
Namizədə tələblər
İnşaat mühəndisliyi, metal konstruksiyalar, mexanika mühəndisliyi və ya əlaqəli
ixtisas üzrə ali təhsil;
Metal konstruksiyalar üzrə minimum *2 il iş
təcrübəsi*;
Metal konstruksiyaların istehsalı və montajı üzrə praktiki
bilik;
İşçi çertyojları oxuma və texniki sənədləri təhlil etmə
bacarığı;
AutoCAD proqramında sərbəst işləmək;
Tekla Structures, Advance Steel, Revit, SAP2000, ETABS və ya digər müvafiq proqramlarla
işləmək bacarığı üstünlükdür;
Metal konstruksiyalarda qaynaq və bolt
birləşmələri barədə praktiki bilik;
Metal profillər, material markaları
və konstruktiv elementlər üzrə bilik;
Tikinti norma və standartları
barədə məlumatlı olmaq;
MS Office, xüsusilə *Excel və Word*
proqramlarında işləmək bacarığı;
Texniki hesabat və spesifikasiyalar
hazırlamaq bacarığı;
Analitik düşüncə və texniki problemləri operativ
həll etmək qabiliyyəti;
Tikinti sahəsində işləməyə və mütəmadi sahə
baxışlarında iştirak etməyə hazır olmaq;
Məsuliyyətli, dəqiq və komandada
işləmə bacarığı.
İş şərtləri
İş rejimi: Tam iş günü
İş yeri: Bakı
şəhəri / tikinti layihələri
Əmək haqqı: Namizədin təcrübə və peşəkar
bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.
Biz nə təklif edirik?
Peşəkar və dinamik iş mühiti;
Böyükhəcmli
tikinti layihələrində iştirak imkanı;
Peşəkar inkişaf və karyera
imkanları;
Komanda daxilində əməkdaşlıq və inkişaf
mühiti;
Əmək müqaviləsi ilə rəsmiləşdirmə.
Maraqlanan namizədlər CV-lərini göndərərkən mövzu hissəsində “Metal Konstruksiya üzrə
Mühəndis” qeyd etməlidirlər. CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
