Vakansiya haqqında
Kollekta MMC hüquqi məsələlərin effektiv idarə olunması, müqavilə və
korporativ hüquq proseslərinin təmin edilməsi məqsədilə peşəkar və məsuliyyətli Korporativ
Hüquqşünas axtarır.
Vəzifə öhdəlikləri
Təşkilatın fəaliyyəti çərçivəsində bağlanan daxili və xarici müqavilələrin
hazırlanması, hüquqi ekspertizası və müqavilə reyestrinin aparılması;
Təşkilatın maliyyə əməliyyatları, borcların idarə edilməsi və kolleksiya fəaliyyəti ilə bağlı
daxili qayda, prosedur, təlimat və əsasnamələrin hüquqi ekspertizasının həyata keçirilməsi və
təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
Müştərilər, tərəfdaşlar
və digər hüquqi şəxslərlə bağlanan müqavilələrin hüquqi risklərinin qiymətləndirilməsi və risklərin
minimallaşdırılması üzrə tövsiyələrin hazırlanması;
Təşkilatın
tərəf olduğu müqavilələrə hüquqi rəy verilməsi və müəyyən edilmiş qaydada hüquqi viza prosedurunun həyata
keçirilməsi;
Etibarnamələrin hüquqi əsaslarının yoxlanılması və
qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsinin təmin olunması;
Kolleksiya prosesində iştirak edən struktur bölmələrə hüquqi dəstəyin
göstərilməsi və borclularla aparılan kommunikasiya və danışıqların hüquqi çərçivədə həyata keçirilməsinə
dəstək verilməsi;
Borclularla bağlı məhkəmə işlərinin başlanılması üçün
zəruri sənədlərin toplanması, hüquqi təhlilin aparılması və müvafiq sənədlərin məhkəməyə təqdim
edilməsi;
Məhkəmə qərar və qətnamələrinin təhlil edilməsi, zərurət
yarandıqda apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və məhkəmə proseslərinin
izlənilməsi;
Təşkilatın fəaliyyətindən irəli gələn hüquqi
risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və onların qarşısının alınması üzrə tədbirlərin
görülməsi;
Dövlət və icra orqanları, notariat kontorları və
məhkəmələrdə zərurət yarandıqda təşkilatın qanunvericiliyə uyğun qaydada təmsil
olunması;
Hüquqi fəaliyyət üzrə aylıq və illik
hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Hüquqi
məsələlərlə bağlı rəhbərliyin və struktur bölmələrin sorğularının cavablandırılması və hüquqi məsləhətlərin
verilməsi.
Namizədətələblər
Hüquq sahəsində ali təhsil;
Korporativ hüquq, maliyyə hüququ və ya müvafiq sahədə 3–5 il iş
təcrübəsi;
Kollektor şirkəti, bank və ya BOKT sektorunda hüquq
üzrə iş təcrübəsi üstünlükdür;
Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyini, o cümlədən Mülki Məcəllə, İcra haqqında qanunvericilik və maliyyə
sektoru üzrə normativ-hüquqi aktları yüksək səviyyədə bilmək;
Müqavilələrin hazırlanması və hüquqi ekspertizası, məhkəmə və icra prosesləri üzrə praktiki
biliklər;
Güclü analitik düşüncə, hüquqi təhlil və problem həll etmə
bacarığı;
Yüksək məsuliyyət, dəqiqlik və detallara
diqqət;
Effektiv ünsiyyət və danışıqlar aparmaq
bacarığı;
Məxfilik və peşə etikası prinsiplərinə riayət
etmək;
Azərbaycan dilini mükəmməl bilmək; rus və ingilis dilləri
üstünlükdür;
MS Office proqramlarında, xüsusilə Word,
Excel, PowerPoint və Outlook-da sərbəst işləmək bacarığı.
İş barədə məlumat
Əmək haqqı: 1500 NETT
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə
küçəsi
İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər,
10:00–19:00
Komfortlu və müasir iş mühiti
Peşəkar və mehriban komanda
Müasir idarəetmə
sistemi və inkişaf imkanları
CV-lərinizi “Korporativ Hüquqşünas” başlığı iləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə növbəti seçim
mərhələsi üçün əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
