Vakansiya haqqında
Təsvir
Şirkətin maliyyə və kredit portfeli üzrə gündəlik, həftəlik və aylıq hesabatlarını
hazırlamaq və təhlil etmək;
Maliyyə göstəricilərini təhlil edərək
kənarlaşmaları, uyğunsuzluqları və potensial riskləri müəyyən etmək;
Kredit portfelinin keyfiyyətini, gecikmiş kreditləri (PAR), problemli kreditləri (NPL) və
digər əsas risk göstəricilərini izləmək və qiymətləndirmək;
Maliyyə və
əməliyyat məlumatlarının düzgünlüyünü yoxlamaq, hesabatlarda aşkar edilən səhvlərin səbəblərini
araşdırmaq;
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və
təkrarlanmaması üçün konkret düzəliş və təkmilləşdirmə təklifləri hazırlamaq;
Faktiki göstəriciləri əvvəlki dövrlərlə və plan göstəriciləri ilə müqayisə etmək,
dəyişikliklərin səbəblərini izah etmək;
Rəhbərlik üçün analitik
hesabatlar hazırlamaq, əsas riskləri və tələb olunan tədbirləri təqdim etmək;
Müvafiq struktur bölmələri ilə birlikdə aşkar edilmiş problemlərin həlli prosesini
izləmək.
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali
təhsil;
Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində ən azı 2
il müvafiq iş təcrübəsi;
Maliyyə göstəricilərini təhlil etmək,
uyğunsuzluqları və riskləri müəyyənləşdirmək bacarığı;
Kredit portfelinin
əsas göstəriciləri, o cümlədən PAR və NPL haqqında bilik;
MS Excel
proqramında sərbəst işləmək, mürəkkəb formullar, Pivot Table və məlumatların təhlili alətlərindən istifadə
bacarığı;
Problemlərin səbəblərini müəyyənləşdirmək və əsaslandırılmış
həll yolları təklif etmək bacarığı;
Bank, BOKT və ya digər maliyyə
təşkilatında iş təcrübəsi üstünlükdür;
Analitik düşüncə, dəqiqlik və
müstəqil işləmək bacarığı
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
