Vakansiya haqqında
Təsvir
Şirkətin satınalma ehtiyaclarının müəyyənləşdirilməsi və illik satınalma planının
hazırlanmasında iştirak etmək;
Yerli və xarici təchizatçıların
araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
Təchizatçılarla kommersiya danışıqlarını aparmaq, optimal qiymət və əməkdaşlıq şərtlərini əldə
etmək;
Satınalma sifarişlərinin hazırlanması, müqavilələrin tərtibi və
icrasına nəzarət etmək;
Satınalma proseslərinin şirkətin daxili
prosedurlarına və təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsini təmin etmək;
Təchizat müddətlərinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün tədbirlər
görmək;
Satın alınan mal və xidmətlərin keyfiyyətinə, spesifikasiyalara
və müqavilə şərtlərinə uyğunluğunu izləmək;
Bazar araşdırmaları aparmaq,
qiymət dəyişikliklərini və yeni təchizatçı imkanlarını izləmək;
Satınalma
üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Müvafiq şöbələrlə
koordinasiyalı işləyərək satınalma proseslərinin səmərəliliyini artırmaq.
Tələblər
Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr
üzrə);
Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi (texnika və kənd
təsərrüfatı sahələri üzrə təcrübəyə üstünlük veriləcəkdir);
Xarici
təchizatçılarla əməkdaşlıq və beynəlxalq satınalma proseslərinin idarə edilməsi təcrübəsi;
Məlumatların təhlili və satınalma xərclərinin optimallaşdırılması üzrə
bacarıqlar;
Tender, təchizatçı idarəetməsi və müqavilələrin hazırlanması
üzrə təcrübə;
İngilis dili biliyi mütləqdir (yazılı və şifahi), Rus dili
biliyi arzuolunandır;
Güclü analitik düşünmə, danışıqlar aparmaq və
hesabatvermə bacarığı.
Qeyd: İş yeri Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşir. Qəbələ və yaxın
rayonlarda yaşayan namizədlərin müraciətlərinə baxılacaqdır.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Könüllü tibbi siğorta
Nahar
təminatı
Korporativ nömrə və danışıq limiti
Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
