Vakansiya haqqında
Namizədə olan tələblər:
Ali təhsil;
Avtomobil satışı sahəsində
minimum 3-5 il iş təcrübəsi;
Avtomobil bazarı, modellər, texniki
göstəricilər və əsas avtomobil sistemləri haqqında məlumat;
Satış
prosesinin bütün mərhələləri üzrə bilik;
CRM sistemləri ilə işləmək
bacarığı;
Sürücülük vəsiqəsi;
Azərbaycan dili biliyi səlis, rus və ya ingilis dili biliyi əla
səviyyədə;
MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə
bacarığı.
Vəzifə öhdəlikləri:
Şirkətin avtomobil modellərinin satışını həyata keçirmək və aylıq satış planını
yerinə yetirmək;
Showroom-a daxil olan və onlayn kanallardan gələn
müştərilərlə operativ əlaqə saxlamaq;
Müştərinin ehtiyaclarını, büdcəsini
və seçim kriteriyalarını müəyyən etmək;
Müştəriyə uyğun avtomobil modeli,
komplektasiya və maliyyələşdirmə variantlarını təqdim etmək;
Avtomobilin
texniki və funksional üstünlüklərini peşəkar şəkildə təqdim etmək;
Test-drive prosesini təşkil etmək və avtomobilin əsas üstünlüklərini praktiki şəkildə nümayiş
etdirmək;
Potensial müştərilərlə mütəmadi follow-up həyata
keçirmək;
Köhnə və mövcud müştərilərlə əlaqələri qorumaq və əlavə satış
imkanlarını müəyyən etmək;
Yeni müştərilərin cəlb edilməsi üçün aktiv
satış fəaliyyətləri həyata keçirmək;
Korporativ və fərdi müştərilərlə
satış görüşləri keçirmək;
Müştərilərə kredit, lizinq, sığorta, servis və
digər əlavə xidmətlər haqqında məlumat vermək;
Avtomobilin təhvil
verilməsi prosesində iştirak etmək və müştəriyə avtomobilin əsas funksiyalarını izah etmək;
Müştəri məmnuniyyətini izləmək və yaranan problemlərin həllində iştirak
etmək;
Bazar, rəqib modellər və qiymət dəyişiklikləri haqqında məlumat
toplamaq;
Rəhbərliyə satış nəticələri və bazar tendensiyaları barədə
məlumat vermək.
İş şərtlərimiz:
İş yeri: Üzeyir Hacıbəyli küç 157C
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış
təmsilçisi/Aparıcı satış təmsilçisi” yazaraqMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2601&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
