Vakansiya haqqında
Booo komandamıza qoşulacaq məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan anbardar
axtarırıq!
Vəzifə öhdəlikləri
Anbarda olan avadanlıq, oyun materialları, dekor və digər inventarların qəbulunu və
təhvilini həyata keçirmək;
Anbarın səliqəli və sistemli saxlanılmasını
təmin etmək;
Tədbir və teambuilding layihələri üçün tələb olunan
avadanlıqları siyahı əsasında hazırlamaq;
Tədbirlərdən sonra geri
qaytarılan inventarları yoxlamaq, saymaq və yerbəyer etmək;
İnventarların
mütəmadi sayımını aparmaq və uçotunu saxlamaq;
İtki, zədə və
çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
Zərurət yarandıqda
tədbirlərin quraşdırılması və sökülməsi prosesində iştirak etmək.
Namizədə tələblər
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Fiziki iş üçün uyğun olmaq;
Komanda ilə işləmək
bacarığına sahib olmaq;
Səliqəli və sistemli işləmək
bacarığı;
Öyrənməyə və dinamik iş mühitində çalışmağa həvəsli
olmaq;
Anbar və inventar uçotu üzrə təcrübənin olması
üstünlükdür;
Çevik iş qrafikinə uyğunlaşmaq: tədbirlərin qrafikindən və
avadanlıqların qəbulundan asılı olaraq bəzi günlər işə daha erkən başlamaq və ya gec saatlarda işləmək tələb oluna
bilər.
İş şəraiti
İş günləri: Bazar ertəsi – Şənbə;
İş
saatları: 10:00–18:00;
Tədbirlərin qrafikindən asılı olaraq işə daha
erkən başlamaq və ya gec saatlarda işləmək tələb oluna bilər;
Həftəsonları tədbir olduğu təqdirdə işə cəlb olunmaq tələb oluna bilər.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Komandamıza qoşulmaq və bizimlə birlikdə maraqlı layihələrin bir hissəsi olmaq
istəyirsinizsə, müraciətinizi gözləyirik!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
