Vakansiya haqqında
İş yeri:Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
Nəqliyyat xidmətləri və nəqliyyat vasitələri ilə bağlı satınalma bazarının
araşdırılması, yerli və xarici təchizatçıların müəyyən edilməsi, təchizatçı bazasının formalaşdırılması və
təhlili;
Nəqliyyat xidmətləri, yükdaşıma, nəqliyyat vasitələrinin
icarəsi, ehtiyat hissələri, texniki xidmət və təmir, eləcə də digər nəqliyyat ehtiyacları üzrə satınalma prosesinin
təşkili və idarə edilməsi;
Daxili sifarişlər əsasında satınalma
tələbatının təhlil edilməsi, müvafiq kateqoriyalar üzrə mal və xidmətlərin şirkətin daxili prosedurlarına uyğun,
vaxtında və sərfəli şərtlərlə satın alınmasının təmin edilməsi;
Nəqliyyat
və logistika üzrə sifarişçilərlə sıx əməkdaşlıq edilməsi, texniki tələblərin və büdcə ehtiyaclarının
dəqiqləşdirilməsi, xərclərin optimallaşdırılması məqsədilə alternativlərin qiymətləndirilməsi;
Potensial təchizatçılara qiymət təklifləri sorğularının göndərilməsi, kommersiya təkliflərinin
toplanması və müqayisəli təhlilinin aparılması, qiymət, keyfiyyət, çatdırılma müddəti və xidmət şərtlərinin
qiymətləndirilməsi;
Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və xidmət
şərtləri üzrə danışıqların aparılması, sərfəli satınalma şərtlərinin əldə edilməsi;
Nəqliyyat xidmətləri və əlaqəli mal-materialların satın alınması üzrə tender prosesinin
təşkili, tender sənədlərinin hazırlanması və tender komissiyasının işinin koordinasiyası;
Satınalma sifarişlərinin hazırlanması, yerləşdirilməsi, icrasına nəzarət edilməsi və
sifarişlərin vaxtında bağlanmasının təmin olunması;
Nəqliyyat xidmətləri
üzrə müqavilələrin hazırlanması prosesinin təşkili, müqavilə şərtlərinin razılaşdırılması və müqavilə öhdəliklərinin
icrasına nəzarət edilməsi;
Təchizatçılarla əməkdaşlığın, göstərilən
xidmətlərin keyfiyyətinin və razılaşdırılmış şərtlərə uyğunluğun qiymətləndirilməsi;
Satınalma və tender prosesləri üzrə sənədləşmənin aparılması, müvafiq reyestrlərin və
hesabatların hazırlanması;
Satınalma xərclərinin təhlil edilməsi, büdcəyə
uyğunluğun izlənilməsi və xərclərin azaldılması imkanlarının müəyyənləşdirilməsi.
Namizədə dair tələblər
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Nəqliyyat və
ya müvafiq sahələr üzrə);
Satınalma sahəsində minimum 5 il iş təcrübəsi;
nəqliyyat və logistika xidmətləri üzrə satınalma təcrübəsi üstünlükdür;
Azərbaycan dilini əla, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
1C və ERP sistemləri ilə işləmək bacarığı;
Satınalma prosedurları, tender prosesləri, müqavilə şərtləri və kommersiya danışıqları üzrə
biliklər;
Analitik düşünmə, danışıqlar aparmaq, təhlil etmək və xərcləri
optimallaşdırmaq bacarığı;
Satınalma sahəsi üzrə peşəkar sertifikatların
olması üstünlükdür.
İş qrafiki:
5 günlük iş qrafiki;
İş saatı:
09:00-18:00
Əmək haqqı:Namizədin bilik və bacarığına uyğun təyin edilir.
Üstünlüklərimiz:
Nahar və servis təminatı
Könüllü tibbi
sığorta
Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təchizat üzrə aparıcı
mütəxəssis” başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
