Vakansiya haqqında
Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru
Tabeçilik:Sektor müdiri
İşin təsviri:
Müştəri, istifadəçi və aidiyyəti struktur bölmələrin biznes ehtiyaclarının
müəyyənləşdirilməsi, təhlili, prioritetləşdirilməsi və sənədləşdirilməsi, biznes problemi, istifadəçi ehtiyacları,
məhsul məqsədləri və uğur meyarlarının formalaşdırılması.
Məhsul və həll
konsepsiyasının formalaşdırılması, əhatə dairəsi (Scope), MVP (Minimum Viable Product), əsas funksionallıqlar,
biznes qaydaları, istifadəçi rolları, məhdudiyyətlər və asılılıqların müəyyənləşdirilməsi.
Mövcud biznes proseslərinin (AS-IS) təhlil edilməsi, problemlər və səmərəsizliklərin
müəyyənləşdirilməsi, hədəf proseslərin (TO-BE) modelləşdirilməsi və optimallaşdırılması üzrə təkliflərin
hazırlanması.
Biznes, funksional və qeyri-funksional tələblərin, User
Story, Use Case, Acceptance Criteria, biznes qaydaları və digər analitik sənədlərin hazırlanması, razılaşdırılması
və aktuallığının təmin edilməsi.
BRD, SRS və digər tələb və analiz
sənədlərinin hazırlanması, struktur və versiyalarının idarə edilməsi, dəyişikliklərə uyğun
yenilənməsi.
Product Roadmap və Product Backlog-un formalaşdırılmasında
iştirak edilməsi, backlog elementlərinin hazırlanması, prioritetləşdirilməsi və inkişaf planlarına
uyğunlaşdırılması.
Proqram təminatının işlənməsi və sınağı zamanı biznes
və funksional tələblərlə bağlı sualların cavablandırılması, qeyri-müəyyənliklərin aradan qaldırılması və qəbul
edilmiş qərarların sənədləşdirilməsi.
Biznes və məhsul analitikası üzrə
sənədləşmə, tələblərin idarə edilməsi və analiz standartlarının təkmilləşdirilməsi, vahid metodologiyanın tətbiqinin
dəstəklənməsi və biznes analitiklərinə metodoloji dəstəyin göstərilməsi.
Namizədə dair tələblər:
İnformasiya texnologiyaları, biznesin idarə edilməsi, iqtisadiyyat və ya digər uyğun
ixtisas üzrə ali təhsil.
İT sahəsində biznes və məhsul analitiki kimi
minimum 3 (üç) il iş təcrübəsi.
Güclü analitik düşünmə və problem
həlletmə bacarıqları.
BPMN, UML kimi proses modelləşdirmə notasiyaları
üzrə biliklər.
Agile, Scrum, Kanban və ya digər çevik layihə idarəetmə
metodologiyaları üzrə təcrübə.
SQL sorğuları və API-lərlə (REST/JSON)
işləmək bacarığı.
Güclü yazılı və şifahi kommunikasiya
bacarıqları.
Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq
bacarığı.
Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı
səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi əlavə üstünlükdür).
Əlavə məlumat:
İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
Vakansiya növü: tam
ştat.
İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov
rayonu, Ziya Bünyadov prospekti 86B).
Əməkhaqqı: namizədin bilik və
bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar:
Push30 platformasından istifadə imkanı.
AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq
imkanı.
Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq
imkanı.
Texnologiyalar parkının rezidenti olaraq tətbiq edilən vergi
güzəştləri.
İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün
imkanlar.
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
