Vakansiya haqqında
Şirkətdə əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit üzrə tələblərin yerinə
yetirilməsinə nəzarət edir, riskləri qiymətləndirərək qabaqlayıcı tədbirlər hazırlayır, işçilərə müvafiq təlimlər
keçir, baş verən insident və hadisələri araşdırıb hesabatlar hazırlayır, həmçinin SƏTƏM üzrə sənədləşmə prosesini
təşkil edərək ISO 45001 və ISO 14001 standartlarının tətbiqinə dəstək göstərir.
Vəzifə öhdəlikləri:
İstehsalatda əməyin mühafizəsi işinin təşkili və
əlaqaləndirilməsi;
İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə
qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
Əməyin mühafizəsi üzrə qanunvericiliyin və qaydaların yenilikləri barədə işçi heyətini tanış
etmək və onlara əməl edilməsinə nəzarət etmək;
Sahədə görülən işlərin
xüsusiyyətlərini başa düşmək və müştəri, əsas podratçının daxili tələblərini bilmək;
İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq;
Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq, hadisəni törədən səbəbləri müəyən etmək,
hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş
səbəblərin aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək;
İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq və lazımi ölçülər
götürmək;
İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək
şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
İş
yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata
keçirmək;
SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında
iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
İşçilərin əməyin
mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik
əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış
etmək;
SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və
həyata keçirilməsi;
SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və
həyata keçirilməsi;
SƏTƏM üzrə qabaqlayıcı tədbirlərin
müəyyənləşdirilməsi və həyata keçirilməsi;
Xəsarət və hadisələr baş
verdiyi təqdirdə onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə
tədbirlərin həyata keçirilməsi.
Tələblər:
Ali təhsil (mühəndislik, ekologiya, təhlükəsizlik və uyğun sahələr
üzrə);
SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
ISO 45001 və 14001 standartları üzrə biliklər;
Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş
qrafiki: Bazar ertəsi – Şənbə (6 gün)
Əmək haqqı işçinin təcrübə və
bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
