Vakansiya haqqında
Royalé Casino komandamıza yeni əməkdaşlar axtarırıq!
Royalé Casino-da qonaqlarımıza yüksək səviyyəli xidmət göstərmək, oyun proseslərinin
peşəkar, dəqiq və ədalətli şəkildə idarə olunmasını təmin etmək üçün məsuliyyətli və motivasiyalı Dealer
(Krupye) xanım namizədləri komandamıza dəvət edirik.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin siyasətlərinə, daxili prosedurlarına və kazino qaydalarına uyğun olaraq
masa oyunlarını idarə etmək;
Oyunların ədalətli, dəqiq və peşəkar şəkildə
keçirilməsini təmin etmək;
Qonaqlara yüksək səviyyəli xidmət göstərmək və
xoş oyun atmosferi yaratmaq;
Zəruri hallarda oyun qaydalarını və
prosedurlarını oyunçulara izah etmək;
Oyun çipləri, kartlar, avadanlıqlar
və ödənişlərin düzgün idarə olunmasını təmin etmək;
Oyun prosesinə
nəzarət etmək və hər hansı uyğunsuzluq, mübahisə və ya şübhəli halları rəhbərliyə bildirmək;
Təhlükəsizlik prosedurlarına, məsuliyyətli oyun standartlarına və AML (çirkli pulların
yuyulmasına qarşı mübarizə) tələblərinə riayət etmək;
Tələb olunan
təlimlərdə iştirak etmək və peşəkar bacarıqları inkişaf etdirmək.
Namizədə tələblər:
Bu vəzifə üçün əvvəlcədən iş təcrübəsi və ali təhsil tələb
olunmur.
20-30 yaş arası xanım namizədlər;
Azərbaycan dilində sərbəst, əlavə olaraq İngilis və ya Rus dillərindən birini mükəmməl
səviyyədə bilmək;
Öyrənməyə həvəsli, diqqətli və məsuliyyətli
olmaq;
Növbəli iş qrafiki ilə çalışmağa hazır olmaq (gecə növbələri
daxil);
Komandada işləmək bacarığı və yüksək qonaq məmnuniyyəti
yönümlülük.
Təlim proqramı:
Seçilmiş namizədlər işə başlamazdan əvvəl şirkət tərəfindən təşkil olunan xüsusi
təlim proqramında iştirak edəcəklər.
Təlim müddəti
ərzində namizədlərlə təlim müqaviləsi bağlanılır;
Təlim
dövründə iştirakçılara şirkət tərəfindən aylıq 1000 AZN (net) ödəniş həyata
keçirilir;
Təlim proqramını uğurla başa vuran namizədlər aylıq 2
000 AZN (net) əmək haqqı + bonuslar ilə rəsmi əmək müqaviləsi əsasında iş fəaliyyətinə
başlayacaqlar.
Əlavə məlumat:
İş yeri: Nardaran qəsəbəsi
İş qrafiki: 6
günlük
Yemək və nəqliyyat şirkət tərəfindən təmin
olunur.
Niyə Royalé Casino?
Yüksək və rəqabətli əmək haqqı;
Rəsmi
əmək müqaviləsi və sosial təminatlar;
Korporativ təlim və peşəkar inkişaf
proqramları;
Karyera yüksəlişi imkanları;
Müasir və beynəlxalq standartlara uyğun iş mühiti;
Peşəkar komanda ilə çalışma imkanı.
Royalé Casino-da işləmək sadəcə bir iş deyil — bu, qlobal kazino və
qonaqpərvərlik sənayesində peşəkar karyera qurmaq üçün unikal fürsətdir.
Sizi komandamızda görməkdən məmnun olarıq!
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
