Vakansiya haqqında
Gabala Hospitality Group (GHG) olaraq Qəbələ regionunda fəaliyyət
göstərən müxtəlif biznes vahidlərinin marketinq fəaliyyətlərinin planlaşdırılması, koordinasiyası və icrasına
nəzarət etmək üçün Qrup Marketinq Meneceriaxtarışındayıq.
Vəzifə öhdəlikləri
Qrup üzrə illik, rüblük və aylıq marketinq planlarının hazırlanmasında
iştirak;
Müxtəlif biznes vahidlərinin marketinq ehtiyaclarını
toplamaq və prioritetləşdirmək;
Marketinq kampaniyalarının
planlaşdırılması və icrasını koordinasiya etmək;
Brend,
digital, sosial media, PR, content və digər marketinq istiqamətlərinin bir-biri ilə uyğun işləməsini təmin
etmək;
Marketinq büdcəsinin hazırlanmasında iştirak və xərclərin
icrasına nəzarət;
Kampaniya və layihələrin deadline, büdcə və
məqsədlərə uyğun həyata keçirilməsini təmin etmək;
Biznes
vahidlərinin rəhbərləri ilə davamlı koordinasiya aparmaq;
Marketinq
komandası daxilində iş bölgüsü və prioritetlərin müəyyən edilməsinə dəstək vermək;
Agentliklər, vendorlar və digər üçüncü tərəflərlə işləri koordinasiya
etmək;
Marketinq fəaliyyətlərinin nəticələrini izləmək və
hesabatlar hazırlamaq;
Bazar, rəqib və istehlakçı davranışlarını
izləmək; • Yeni kampaniya, məhsul və layihələr üzrə marketinq yanaşmaları hazırlamaq;
Digital, social media, PR və branding haqqında yaxşı anlayış;
Hesabat və təqdimat hazırlamaq bacarığı;
Güclü
kommunikasiya və koordinasiya bacarığı;
Deadline və prioritetlərlə
işləmək bacarığı;
Qrupun brend standartlarının və kommunikasiya
keyfiyyətinin qorunmasına nəzarət etmək;
Satış, rezervasiya, əməliyyat və
digər departamentlərlə marketinq fəaliyyətlərini əlaqələndirmək. Qrup üzrə iş prinsipi Qrup Marketinq Meneceri
yalnız bir biznes vahidi üçün deyil, Qrupa daxil olan müxtəlif brend və biznes istiqamətləri ilə paralel
işləyir.
Hər biznesin: • hədəf auditoriyası; • mövqelənməsi; •
mövsümsallığı; • gəlir modeli; • marketinq ehtiyacları; • prioritetləri ayrıca nəzərə alınmalıdır. Əsas məqsəd bütün
bizneslər üçün eyni yanaşma yaratmaq deyil, ümumi Qrup strategiyası çərçivəsində hər bir biznes üçün uyğun marketinq
yanaşmasını formalaşdırmaqdır.
İllik marketinq büdcəsinin hazırlanmasında
iştirak etməli;
Biznes vahidlərindən gələn ehtiyacları
toplamalı;
Xərcləri prioritetləşdirməli;
Plan və fakt göstəricilərini izləməli;
Büdcənin effektiv istifadəsini təmin etməlidir.
Tələblər
Hospitality, tourism, hotel, restaurant və ya lifestyle sektorunda
təcrübə;
Digital marketing və performance marketing haqqında praktiki
bilik;
Brend strategiyası və marketinq araşdırmaları üzrə
təcrübə;
PR və event management
təcrübəsi;
AI alətlərindən marketinqdə effektiv istifadə
bacarığı;
Komanda idarəçiliyi təcrübəsi;
Azərbaycan dili üzrə yüksək yazılı və şifahi kommunikasiya bacarığı;
İngilis və rus dili biliyi üstünlükdür;
Biz nə təklif edirik?
Qəbələ regionunun aparıcı hotel və turizm şirkətlərindən birində rəhbər vəzifədə
karyera imkanı;
GHG üzrə Marketinq əməliyyatlarına rəhbərlik etməklə
geniş peşəkar məsuliyyət və inkişaf imkanları;
GHG-nin formalaşmış
Marketinq standartlarının daha da inkişaf etdirilməsində və ümumi marketinq strategiyasının həyata keçirilməsində
iştirak etmək imkanı;
Təcrübə və ideyalarınızı Qrup Marketinq Direktoru
və peşəkar marketinq komandası ilə birlikdə reallaşdırmaq imkanı;
Beynəlxalq marketinq təcrübəsinin mövcud sistemə uyğun şəkildə tətbiqinə töhfə vermək
imkanı;
GHG daxilində uzunmüddətli karyera və peşəkar inkişaf
imkanları;
Vəzifə və namizədin təcrübəsinə uyğun rəqabətli əmək haqqı və
şirkət tərəfindən müəyyən edilmiş digər iş üstünlükləri , sosial təminatlar.
CV-lərinizi subject hissəsində “Qrup Marketinq Meneceri” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
