Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Şirkətin marketinq strategiyasının hazırlanması və həyata
keçirilməsi;
Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının
işlənməsi və tətbiqi;
Bazar meyllərinin və istehlakçı davranışlarının
araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam
kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
Performansa
əsaslanan KPI-lərin müəyyənləşdirilməsi və izlənilməsi;
Brend mövqeyinin
gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
Web
analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə nəticələrin
təhlili;
Satış komandası ilə birgə marketinq kampaniyalarının
hazırlanması və həyata keçirilməsi;
Müştəri seqmentlərinin müəyyən
edilməsi və CRM sistemləri vasitəsilə müştəri bazasının inkişaf etdirilməsi;
Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların
hazırlanması;
Komandanın idarə olunması, motivasiyası və inkişaf
planlarının hazırlanması;
PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və
korporativ tədbirlərin təşkili;
Marketinq, media və PR agentlikləri ilə
əməkdaşlığın idarə edilməsi;
Rəqiblərin fəaliyyəti və bazar
tendensiyalarının davamlı izlənməsi və təhlili.
Kvalifikasiya tələbləri:
Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə təhsil)
İş təcrübəsi:
6 il Marketinq sahəsində iş təcrübəsi,
3
il marketinq meneceri olaraq iş təcrübəsi;
Tələb olunan bilik və bacarıqlar:
Rəqəmsal marketinq kanallarının idarə olunması (SEO, SEM, SMM, E-mail marketing və
s.);
Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri
ilə işləmək bacarığı;
SEO/SEM, sosial media, reklam və kontent marketinqi
sahələrində dərin biliklər;
Brend idarəçiliyi və bazar mövqeyinin
qurulması üzrə biliklər;
Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə
bacarığı;
Stratejik düşünmə və analitika bacarığı;
Layihələrin idarə edilməsi bacarığı;
Komandada iş
və qarşılıqlı əməkdaşlıq bacarığı;
Effektiv kommunikasiya
bacarığı;
Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək
bacarığı;
Hesabatlılıq və təqdimat hazırlamaq
bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus
dillərinin bilməsi üstünlükdür);
Təklif edirik:
Əmək haqqı: 2000 – 3000 AZN + (satış nəticələrinə və KPI
göstəricilərinə uyğun əlavə bonuslar);
İş qrafiki: 09:00 - 18:00
Nahar
şirkət tərəfindən təmin edilir;
Gənc və peşəkar komanda ilə dinamik iş
mühiti;
Tələblərə cavab verən namizədlər “Marketinq direktoru” başlığı ilə öz
CV və portfelləriniMüraciət
et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
