Vakansiya haqqında
Vəzifə
öhdəlikləri
Şirkətin maliyyə nəzarəti və kommersiya analitikası funksiyalarını təşkil etmək,
rəhbərliyə dövri idarəetmə hesabatları təqdim etmək.
Aylıq, rüblük və
illik maliyyə nəticələrini təhlil etmək, kənarlaşmaları müəyyənləşdirmək və düzəldici tədbirlər üzrə təkliflər
hazırlamaq.
Məhsullar üzrə satış qiymətlərinin və marjaların
hesablanmasına nəzarət etmək, məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik təhlillərini
aparmaq.
Təchizatçılarla bağlanmış müqavilələrin kommersiya şərtlərini
təhlil etmək, müqavilə reyestrini, bonusların (rebate), marketinq dəstəklərinin və digər kommersiya gəlirlərinin
hesablanması və uçotunu nəzarətdə saxlamaq.
Trade spend, promo xərcləri
və digər kommersiya investisiyalarının səmərəliliyini qiymətləndirmək, xərclərin optimallaşdırılması və gəlirliliyin
artırılması üzrə təkliflər vermək.
Büdcə, maliyyə proqnozları və maliyyə
modellərinin hazırlanmasında iştirak etmək, əsas maliyyə və kommersiya göstəricilərini mütəmadi
izləmək.
Şirkətin biznes proseslərini və prosedurlarını təhlil etmək,
onların hazırlanması, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək, daxili qaydalara və nəzarət mexanizmlərinə
əməl olunmasını təmin etmək.
Maliyyə əməliyyatlarının, sənədləşmənin və
kommersiya məlumatlarının düzgünlüyünə, daxili prosedurlara və qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət
etmək.
ERP sistemi üzərindən maliyyə dövrünün bağlanmasını, hesabların
uzlaşdırılmasını və maliyyə məlumatlarının vaxtında və düzgün yekunlaşdırılmasını koordinasiya
etmək.
Balans hesablarını, gəlir və xərc maddələrini, ehtiyatları,
debitor və kreditor borclarını təhlil etmək, maliyyə və əməliyyat risklərini müəyyənləşdirmək.
Daxili və xarici audit proseslərində iştirak etmək, tələb olunan məlumatların və izahların
hazırlanmasını təmin etmək.
Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi,
Anbar və digər aidiyyəti şöbələrlə əməkdaşlıq edərək maliyyə və kommersiya məlumatlarının düzgünlüyünü və
proseslərin səmərəliliyini artırmaq.
Şöbənin fəaliyyətini planlaşdırmaq,
əməkdaşlar arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasına nəzarət etmək və komandanın peşəkar inkişafını
dəstəkləmək.
Rəhbərlik tərəfindən verilən maliyyə təhlili, biznes
əsaslandırmaları və digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və
qərarverməyə dəstək materiallarını hazırlamaq.
Xərclərin
optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər
irəli sürmək və icrasını izləmək.
Şirkətin strateji məqsədlərinə uyğun
olaraq maliyyə nəzarəti və biznes proseslərin davamlı təkmilləşdirilməsi üzrə layihələrdə iştirak
etmək.
Namizədə
tələblər
Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə
üzrə)
Müvafiq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2
il iş təcrübəsi
Komandaları idarə
etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində
ixtisaslaşma.
Qərarvermə və
problemləri həll etmə bacarığı
Vaxtın və resursların effektiv idarə etmə bacarığı
Strateji düşünmə və planlaşdırma bacarığı
Güclü
analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük
MS Excel üzrə yaxşı səviyyə
Nəticəyə yönümlülük və güclü təşkilatçılıq
bacarığı
Komanda idarəçiliyi, ünsiyyət və liderlik
bacarıqları
Digər
məlumatlar:
Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus
sistemi
Yanacaq kartı
Nahar
ilə təminat
Könüllü tibbi sığorta paketi
Korporativ mobil nömrə və aylıq danışıq limiti
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər
“Biznesə nəzarət şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarınıMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
