Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Özəl Bankçılıq üzrə Satış komandasının ehtiyaclarının və yeni satış imkanlarının
müəyyən edilməsi, mövcud və potensial müştərilərlə əlaqələrin inkişaf etdirilməsinin təmin
edilməsi;
Müəyyən edilmiş səlahiyyət və limitlər çərçivəsində Satış
Şöbəsinin satış fəaliyyəti və əməliyyatlarına (ödənişlər, nağd əməliyyatlar və s.) nəzarət
edilməsi;
Satış Şöbəsinin əməliyyat bölmələrinin Özəl Bankçılıq BM
tərəfindən hazırlanmış metodologiyalara uyğun fəaliyyət göstərməsinə nəzarət edilməsi;
Bankın siyasət, qayda, prosedur və standartlarına uyğun olaraq komanda üzvlərinin (RM-lərin)
fəaliyyətinin effektivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi;
Bankın müəyyən etdiyi xidmət standartlarına riayət olunmasının təmin
edilməsi;
Zərurət yarandıqda bank məhsulları və xidmətləri üzrə
müştərilərə məsləhət və dəstəyin göstərilməsi;
Müştərilərlə keçirilən
görüşlərin, aparılan müzakirələrin və yazışmaların müvafiq qaydada sənədləşdirilməsinin təmin
edilməsi;
Müştəri məmnuniyyətinin təmin edilməsi, əsaslandırılmış müştəri
şikayətlərinin operativ araşdırılması və müvafiq tədbirlərin vaxtında görülməsi;
Satış komandasına yeni əməkdaşların seçilməsi və işə qəbulu prosesində iştirak edilməsi, yeni
əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili;
İmza
səlahiyyətləri çərçivəsində müvafiq sənədlərin yoxlanılması və imzalanması, ABS sistemində müəyyən edilmiş limitlər
daxilində əməliyyatların və dəyişikliklərin təsdiqlənməsi;
Bankın digər
struktur bölmələri ilə effektiv əməkdaşlığın təmin edilməsi;
Strateji
əhəmiyyətli əsas müştərilər portfelinin birbaşa idarə edilməsi, mürəkkəb müştəri məsələlərinin həllində müştəri
menecerlərinə dəstək göstərilməsi;
Satış imkanları portfelinin (sales
pipeline) idarə edilməsi, həftəlik satış görüşlərinin təşkili, satış proqnozlarının və müvafiq hesabatların Şöbə
rəhbərinə vaxtında təqdim edilməsi;
Daxili və xarici audit, eləcə də
tənzimləyici orqanlar tərəfindən irəli sürülən tələb və sorğuların vaxtında və müvafiq qaydada icrasının təmin
edilməsi;
Bütün fəaliyyət və əməliyyatların bankın komplayns tələblərinə
uyğun həyata keçirilməsinin təmin edilməsi;
Zərurət yarandıqda
səlahiyyətləri çərçivəsində müqavilələrin, gündəlik əməliyyat sənədlərinin, rəsmi yazışmaların və digər müvafiq
sənədlərin yoxlanılması və imzalanması;
Birbaşa tabeliyində olan
əməkdaşların davamlı inkişafının və kouçinqinin təmin edilməsi, onların fəaliyyətinin illik və yarımillik əsasda
qiymətləndirilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və
yazılı tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Tələb olunan bilik, bacarıq və təcrübə
Təhsil: İqtisadiyyat, maliyyə, bank işi və ya digər müvafiq sahələr
üzrə ali təhsil (bakalavr dərəcəsi);
İş təcrübəsi:
Bankçılıq, satış və ya digər müvafiq sahələr üzrə minimum 3–5 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı
və şifahi ünsiyyət bacarığı;
Kompüter bilikləri:
Microsoft Office proqramlarında (Excel, Word) sərbəst işləmək bacarığı;
Bank məhsulları və prosedurlar üzrə biliklər: Bankın məhsul və xidmətləri,
müvafiq daxili siyasət və prosedurlar, eləcə də bank fəaliyyətini tənzimləyən qanunvericilik üzrə
biliklər;
Bazar bilikləri: Özəl bankçılıq bazarı və
yüksək gəlirli müştərilər seqmenti, rəqib bankların məhsul və xidmət təklifləri, yerli və beynəlxalq kapital
bazarları, həmçinin Azərbaycan Mərkəzi Bankının müvafiq tənzimləyici tələbləri barədə biliklər;
Liderlik və idarəetmə bacarıqları: Komandanın idarə edilməsi və inkişaf
etdirilməsi, əməkdaşların istiqamətləndirilməsi və kouçinqi, effektiv qərarvermə və nəticəyönümlü idarəetmə
bacarıqları;
Analitik və peşəkar bacarıqlar: Güclü
analitik düşünmə, hesabatların hazırlanması, problemlərin həlli, innovativ yanaşma və davamlı inkişaf
bacarıqları;
Ünsiyyət və müştəri münasibətləri: Güclü
kommunikasiya və danışıqlar aparmaq, münaqişələri effektiv idarə etmək, uzunmüddətli müştəri münasibətləri qurmaq və
müştəriyönümlü yanaşma bacarıqları;
Şəxsi keyfiyyətlər:
Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq, nəticəyönümlülük, peşəkar etik prinsiplərə sadiqlik və məxfiliyin
qorunmasına həssas yanaşma.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
