Vakansiya haqqında
Şirkətimiz Koreyadan müştərilərin sifarişi əsasında avtomobillərin seçilməsi və ölkəyə
gətirilməsi istiqamətində fəaliyyət göstərir. Komandamızı genişləndirmək məqsədilə bu sahədə təcrübəsi olan,
müştərilərlə işləməyi bacaran və karyerasınl inkişaf etdirmək istəyən mütəxəssis axtarırıq.
Namizədə sabit əməkhaqqı əvəzinə, şirkətə qazandırdığı gəlirin 40%-i həcmində
pay təklif olunur. Bu əməkdaşlıq modeli mütəxəssisə öz təcrübəsi və nəticələri əsasında gəlir əldə etmək,
eyni zamanda şirkətlə uzunmüddətli gəlirdən pay sahibliyi tərəfdaşlığı qurmaq imkanı yaradır.
Əsas vəzifələr
Koreyadan avtomobil sifarişi ilə maraqlanan müştərilərin cəlb
edilməsi;
Müştərilərin ehtiyac və büdcəsinə uyğun avtomobillərin
seçilməsi;
Müştərilərlə danışıqların aparılması və sifarişlərin
rəsmiləşdirilməsinin təşkili;
Avtomobilin alınması və Azərbaycana
gətirilməsi prosesinin əlaqələndirilməsi;
Mövcud müştəri əlaqələrinin
qorunması və yeni müştəri bazasının formalaşdırılması;
Satışların və
şirkətin gəlirlərinin artırılmasına yönəlmiş fəaliyyətin həyata keçirilməsi.
Namizədə tələblər
Koreyadan avtomobil idxalı və sifarişli avtomobil satışı sahəsində iş
təcrübəsi;
Avtomobil bazarını, sifariş və idxal proseslərini
yaxşı bilmək;
Rus dilində sərbəst danışıq və işgüzar ünsiyyət
bacarığı;
Güclü ünsiyyət, danışıqlar aparmaq və müştəri cəlb
etmək bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü
olmaq;
Müstəqil işləmək və biznes əlaqələrini inkişaf etdirmək
bacarığı.
Biz nə təklif edirik?
Şirkətə qazandırdığınız gəlirin 40%-i həcmində
pay;
Sabit əməkhaqqı əvəzinə nəticəyə əsaslanan qazanc
modeli;
Şirkətin mövcud imkanlarından və təşkilati dəstəyindən
yararlanmaq imkanı;
Peşəkar təcrübənizi gəlirə çevirmək və müştəri
portfelinizi genişləndirmək fürsəti;
Qarşılıqlı etimada əsaslanan
uzunmüddətli biznes tərəfdaşlığı.
Bu sahədə təcrübəniz varsa, rus dilində sərbəst ünsiyyət qurursunuzsa və gəlirinizi öz
nəticələriniz əsasında artırmaq istəyirsinizsə, CV-niziMüraciət
etdüyməsində qeyd olunan elektron poçt
ünvanına göndərin.
Qeyd: Bu vakansiya sabit əməkhaqqı nəzərdə tutmur. Gəlirin hesablanması,
40% payın tətbiq qaydası və tərəflərin öhdəlikləri əməkdaşlıq şərtləri əsasında müəyyən edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
