Vakansiya haqqında
Vəzifənin məqsədi
Layihə Menecerinin əsas məqsədi tikinti layihələrinin müqavilə şərtlərinə, təsdiq
edilmiş qrafikə, büdcəyə, keyfiyyət və əməyin mühafizəsi tələblərinə uyğun icrasını təmin etmək, resursları səmərəli
idarə etmək və layihənin vaxtında tamamlanmasına nail olmaqdır.
Əsas vəzifə və öhdəliklər
Tikinti layihəsinin planlaşdırılması, təşkili və gündəlik icrasına ümumi rəhbərlik
etmək.
Layihənin iş qrafikini razılaşdırmaq, icrasına nəzarət etmək və
gecikmə riskləri yarandıqda qabaqlayıcı tədbirlər görmək.
Satınalma
prosesinin vaxtında planlaşdırılmasını və material, avadanlıq və xidmətlərin iş qrafikinə uyğun sahəyə
çatdırılmasını təmin etmək.
Tikinti sahəsində çalışan Tikinti Rəhbəri,
mühəndislər, briqadalar, subpodratçılar və təchizatçılar arasında səmərəli koordinasiyanı təmin
etmək.
Layihənin müqavilə çərçivəsində icrasına, iş həcmlərinə və əlavə
işlərin düzgün müəyyənləşdirilməsinə nəzarət etmək.
Layihənin faktiki
gedişatını planla müqayisə etmək, mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Layihə üzrə insan resurslarının, tikinti texnikasının və materialların səmərəli istifadəsini
təmin etmək.
Görülmüş işlərin keyfiyyətinə, texniki sənədləşməyə və gizli
işlərin müvafiq qaydada rəsmiləşdirilməsinə nəzarət etmək.
Əməyin
mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasını təmin etmək.
Sifarişçi, layihəçi, texniki nəzarət və digər maraqlı tərəflərlə işgüzar əlaqələri və operativ
koordinasiyanı həyata keçirmək.
Layihə üzrə yaranan problemləri vaxtında
müəyyən etmək, riskləri qiymətləndirmək və həll yollarını təklif etmək.
Layihənin təhvil-təslim prosesini, icra sənədlərinin və faktiki vəziyyətə uyğun (As-Built)
sənədlərin tamamlanmasını koordinasiya etmək.
Namizədə tələblər
Tikinti mühəndisliyi, mülki tikinti və ya müvafiq sahə üzrə ali
təhsil.
Tikinti layihələrinin idarə edilməsi üzrə minimum 3 il iş
təcrübəsi.
Tikinti sahəsində işlərin təşkili, iş qrafiklərinin idarə
edilməsi və resurs planlaşdırılması üzrə praktiki biliklər.
Satınalma və
material təminatının planlaşdırılması, subpodratçıların koordinasiyası üzrə təcrübə.
Tikinti çertyojlarını, texniki spesifikasiyaları və müqavilə sənədlərini oxumaq və təhlil
etmək bacarığı.
MS Office və AutoCAD proqramları ilə yaxşı işləmək
bacarığı; MS Project və Primavera P6 planlaşdırma proqramlarını bilmək üstünlükdür.
Azərbaycan dilində sərbəst ünsiyyət və hesabat hazırlamaq bacarığı; ingilis və rus dillərini
bilmək üstünlükdür.
Liderlik, təşkilatçılıq, problem həll etmə və
qərarvermə bacarıqları.
Nəticəyönümlülük, məsuliyyətlilik və işləri
vaxtında tamamlamaq bacarığı.
İş şəraiti
Peşəkar komandada işləmək imkanı.
Müxtəlif tikinti layihələrinin idarə edilməsində iştirak.
Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən
ediləcək.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
