Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Şirkətin satınalma fəaliyyətlərini planlaşdırmaq, təşkil etmək və idarə
etmək;
Tədarükçülərin seçimini həyata keçirmək, alış tələblərini
qiymətləndirərək ən uyğun qiymət və keyfiyyət göstəricilərini təmin etmək, şöbə rəhbərlərinə mütəmadi məlumat
vermək;
Yerli və xarici təchizatçıları araşdırmaq, seçim etmək və
təchizatçı bazasını daim yeniləmək;
Satınalma bazarını izləyərək xərcləri
optimallaşdırmaq və daha əlverişli şərtlər əldə etmək üçün yeni tərəfdaşlarla əməkdaşlıq
qurmaq;
Təchizatçılarla qiymət endirimləri və digər kommersiya şərtləri
üzrə effektiv danışıqlar aparmaq;
Təsdiqlənmiş tələbnamələrin icrasını
əlaqələndirmək və nəzarət etmək;
Satın alınmış mallar, materiallar və
xidmətlərə dair məlumat bazasını formalaşdırmaq, yeniləmək və xərclərə nəzarət etmək;
Rəqabətli qiymət sorğusu prosesini idarə etmək və şəffaflığı təmin etmək;
Müqavilələrin şərtlərini və xərclərini tərəfdaşlarla razılaşdırmaq;
Şirkətin daxili inzibati və qeydiyyat prosedurlarına uyğunluğa nəzarət
etmək;
Satınalmaların aidiyyəti bölmələrə çatdırılmasını və
hesabatlılığını təmin etmək;
Daşınma və gömrük prosedurlarının
koordinasiyasını həyata keçirmək.
Tələblər:
Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr
üzrə);
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (minimum 2 il rəhbər
vəzifədə);
Təchizat bazarı və satınalma prosedurları haqqında
biliklər;
Effektiv ünsiyyət və danışıqlar aparmaq
bacarığı;
Məsuliyyətli və detallara diqqətli
olmalıdır;
MS Office proqramlarını bilməlidir;
Azərbaycan dili, mükəmməl rus və ya ingilis dillərini bilməlidir.
Əmək şəraiti:
İş qrafiki: 5 günlük
İş vaxtı:
09:00-18:00
Könüllü tibbi sığorta
Yemək təminatı
Nəqliyyat
xidməti
İş yeri: Sumqayıt
CV-nizi mövzu hissəsində “Satınalma şöbəsinin müdiri” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
