Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı
Əməkhaqqı: 4000 -5000 AZN
İş rejimi: Tam iş günü, həftədə 5 gün
Newcond şirkəti marketinq strategiyasının formalaşdırılması, brendin inkişafı və
marketinq fəaliyyətlərinin idarə edilməsi üzrə komandaya rəhbərlik edəcək Marketinq Rəhbəri
axtarır.
Əsas vəzifə öhdəlikləri
Şirkətin ümumi biznes strategiyasına uyğun marketinq strategiyasının hazırlanması və
həyata keçirilməsi;
İllik və rüblük marketinq planlarının hazırlanması,
büdcənin idarə olunması;
Brendin mövqeləndirilməsi və bazarda
tanınmasının gücləndirilməsi;
Rəqəmsal və ənənəvi marketinq kanallarının
effektiv idarə olunması;
Reklam kampaniyalarının planlaşdırılması, icrası
və nəticələrinin təhlili;
Bazar, rəqib və müştəri davranışlarının
araşdırılması;
Marketinq göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və
nəticələrin mütəmadi monitorinqi;
Lead generation, müştəri cəlbi və
satışla əməkdaşlıq proseslərinin inkişaf etdirilməsi;
Marketinq
komandasına (digital, SMM, kontent və marketinq mütəxəssisləri) rəhbərlik etmək, illik və rüblük planı konkret
tapşırıqlara, deadline-lara və fərdi KPI-lara bölmək, tapşırıqları yazılı brief ilə vermək və icrasını mütəmadi
izləmək
Komandanın işinin keyfiyyətinə və brend standartlarına
uyğunluğuna nəzarət etmək, geri bildirim və mentorluq vasitəsilə mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək,
performansı müntəzəm qiymətləndirmək
Daxili komanda, agentliklər və
frilanserlər arasında iş yükünü düzgün bölüşdürmək, komandada nəticəyə yönümlü və şəffaf iş mədəniyyəti
formalaşdırmaq
Marketinq xərclərinin və büdcəsinin səmərəli idarə
olunması;
Rəhbərliyə mütəmadi hesabatların və analitik təqdimatların
hazırlanması;
Marketinq proseslərinin optimallaşdırılması və yeni
marketinq alətlərinin tətbiqi.
Namizədə tələblər
Marketinq, biznes idarəetməsi və ya əlaqəli sahə üzrə ali
təhsil;
Marketinq sahəsində minimum 5 il, rəhbər
vəzifədə isə minimum 2 il iş təcrübəsi;
Google
Analytics, Google Ads, Meta Ads və digər rəqəmsal marketinq platformaları üzrə praktiki bilik
Marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə praktiki
təcrübə;
Digital marketing, SMM, performance marketing və brend
idarəetməsi üzrə biliklər;
Bazar və rəqib analizləri aparmaq
bacarığı;
Marketinq büdcəsinin idarə olunması üzrə
təcrübə;
Analitik düşüncə və nəticəyönümlülük;
Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı
Komanda idarəetməsi və liderlik bacarığı;
Güclü
kommunikasiya və təqdimat bacarıqları;
Azərbaycan dili - sərbəst, ingilis
dili biliyi B2 və yuxarı səviyyə (rus dili üstünlükdür)
MS Office
proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı istifadə bacarığı.
CV-nizi mövzu hissəsində “Marketinq Şöbə Rəhbəri” qeyd edərək,Müraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərsiniz.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
