Vakansiya haqqında
Əsas iş
öhdəlikləri
Müştəri
əlaqələrinin idarə edilməsi layihələrini idarə etmək və ölkə bazarını araşdıraraq, şirkətin müştəri platformasını
yüksəltmək
Rossmann
mağazaları üçün Trade Marketinq strategiyasını, illik və aylıq fəaliyyət planlarını və kampaniya təqvimini
hazırlamaq.
Mövsümi
kampaniyalar, yeni məhsullar, xüsusi günlər və brend aktivlikləri üzrə mağazadaxili satış konsepsiyalarını idarə
etmək.
Merchandising,
planogram, display, promo zona, POSM, rəf və qiymət kommunikasiyası standartlarını hazırlamaq və tətbiqinə nəzarət
etmək.
Endirim, bundle,
cross-selling, impuls alış, sampling və demo kimi satış təşviqi mexanikalarını hazırlamaq və
optimallaşdırmaq.
Private
Label, beynəlxalq və lokal brendlər üzrə ayrıca Trade Marketinq planları və görünürlük həlləri
hazırlamaq.
Təchizatçılar
və brend partnyorları ilə birgə layihələri, ortaq büdcələri və əməkdaşlıq imkanlarını idarə
etmək.
Yeni mağaza
açılışları, mağaza yenilənmələri və xüsusi layihələr üzrə Trade Marketinq fəaliyyətlərini planlaşdırmaq və icra
etmək.
Müştərinin mağaza
daxilində hərəkətini, satış göstəricilərini, kampaniya uplift-ini, mağaza performansını və ROI nəticələrini təhlil
etmək.
Trade Marketinq
büdcəsinə, mağaza auditlərinə və standartların bütün filiallarda eyni səviyyədə tətbiqinə nəzarət etmək; aidiyyəti
komandalarla koordinasiyalı işləmək.
Namizədə əsas
tələblər
Trade marketinq, shopper marketinq,
kateqoriya idarəetməsi, satış və ya kommersiya planlaşdırması sahəsində ən azı 5 il təcrübə; retail və ya FMCG
təcrübəsi vacibdir.
Merchandising, planogram, POSM, promo mexanikaları, mağazadaxili aktivasiya və
shopper davranışı üzrə güclü bilik.
Satış, kampaniya uplift-i, ROI, promo effektivliyi, stok və mağaza performansı
məlumatlarını təhlil etmək bacarığı.
Büdcə planlaşdırılması, xərc nəzarəti, təchizatçı əməkdaşlığı və kommersiya
danışıqları üzrə təcrübə.
Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; Power BI, ERP və digər
analitik sistemlər üzrə bilik üstünlükdür.
Güclü layihə idarəetməsi, prioritetləşdirmə, təqdimat, danışıqlar və müxtəlif
komandalarla işləmək bacarığı.
Azərbaycan dilində səlis ünsiyyət və ingilis dilində peşəkar materiallarla işləmək
bacarığı; rus dili biliyi üstünlükdür.
Filiallara mütəmadi səfər etməyə hazır olmaq; Private Label portfeli və Trade
Marketinq sisteminin qurulması təcrübəsi üstünlükdür.
Digər
məlumatlar:
Nahar və servis ilə təmin
edilmə
Könüllü tibbi
sığorta
Yanacaq
Kartı
Əmək bazarına uyğun
rəqabətli əmək haqqı
5
günlük tam iş qrafiki
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər
“Ticari Marketinq Şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarınıMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
