Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Avropa mətbəxinə aid isti yeməklərin təsdiq edilmiş reseptlərə və texnoloji kartlara
uyğun hazırlanmasını təmin etmək;
Ət, quş əti, balıq, tərəvəz, qarnirlər,
souslar və digər isti yemək komponentlərinin düzgün hazırlanmasını həyata keçirmək;
Məhsulların ilkin emalını, porsiyalara bölünməsini və bişirilməyə hazırlanmasını müəyyən
edilmiş standartlara uyğun icra etmək;
Yeməklərin dadına, görünüşünə,
temperaturuna, teksturasına və təqdimat keyfiyyətinə nəzarət etmək;
Sifarişləri müəyyən edilmiş müddət ərzində, keyfiyyət standartlarını qorumaqla
hazırlamaq;
Yeməklərin hazırlanması zamanı reseptlərə, porsiya ölçülərinə
və təqdimat qaydalarına riayət etmək;
Mətbəxdə qida təhlükəsizliyi,
sanitar-gigiyena və şəxsi gigiyena qaydalarına ciddi riayət etmək;
İş
prosesində istifadə olunan avadanlıq və inventarların düzgün istismarını təmin etmək;
Baş aşpazın və ya birbaşa rəhbərin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə
yetirmək;
Mətbəx komandası ilə koordinasiyalı işləmək və xidmət zamanı
sifarişlərin fasiləsiz hazırlanmasına dəstək olmaq.
Namizədə dair tələblər:
İsti bölüm aşpazı vəzifəsi üzrə müvafiq iş təcrübəsi;
Avropa mətbəxinin yeməkləri, hazırlanma üsulları və bişirmə texnikaları üzrə praktiki
biliklər;
Sürətli iş mühitində diqqətli, operativ və keyfiyyətli işləmək
bacarığı;
Məsuliyyətli, səliqəli, intizamlı və detallara diqqətcil
olmaq;
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Növbəli
Əmək
haqqı: 800-1000 Azn + tips
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
