Vakansiya haqqında
De Valeur komandasına qoşul, karyeranı bizimlə inkişaf etdir!
Saat, zərgərlik və aksesuar sektorunda fəaliyyət göstərən De Valeur MMC mağazalar
şəbəkəsinin genişlənməsi ilə əlaqədar yeni komanda üzvləri axtarır.
Peşəkar inkişafı, müştəri məmnuniyyətini və yüksək xidmət keyfiyyətini əsas tutan
komandamızda sən də yerini ala bilərsən!
Vəzifə öhdəlikləri
Müştəriləri qarşılamaq, ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsullar təklif
etmək;
Məhsullar və mövcud kampaniyalar haqqında məlumat
vermək;
Satış prosesini həyata keçirmək və müəyyən edilmiş satış
hədəflərinə nail olmaq;
Məhsul çeşidi və brendlər haqqında bilikləri daim
inkişaf etdirmək;
Mağazada məhsulların düzgün təqdimatını və səliqəsini
təmin etmək.
Namizədlərə tələblər
Satış sahəsində minimum 1 il iş təcrübəsi;
Yüksək ünsiyyət və inandırma bacarığı;
Səlis nitq
və müştəriyönümlü yanaşma;
Məsuliyyətli, gülərüz və nəticəyönümlü
olmaq;
Komandada işləmək bacarığı;
Rus dili biliyi arzuolunandır.
Biz nə təklif edirik?
Sabit əməkhaqqı: 550 AZN + satışdan faiz;
Orta aylıq qazanc: 900–1100 AZN;
Satış nəticələrinə
əsaslanan əlavə bonuslar və mükafatlar ;
Şirkətdaxili təlim və karyera
yüksəlişi imkanları;
Peşəkar və dinamik iş mühiti.
İş qrafiki
6 günlük növbəli iş rejimi: 10:00–18:00 / 12:00–21:00
Satış sahəsində karyeranı inkişaf etdirmək və De Valeur komandasının bir hissəsi olmaq
istəyirsənsə, CV-ni “Satış məsləhətçisi” başlığı iləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
DE VALEUR – Dəyər yaradan komandanın bir hissəsi ol!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
