Vakansiya haqqında
İş şəraiti
Əməkhaqqı: 1000 AZN (fiks) + Satışdan bonus/komissiya
Məşğulluq tipi: Tam iş günü (09:00 – 18:00, 5 gün)
Ünvan: Bakı şəhəri
İşin təsviri və öhdəliklər:
IT, video müşahidə, kamera və təhlükəsizlik sistemləri üzrə B2B / korporativ
satışların həyata keçirilməsi;
Potensial korporativ müştərilərin aktiv
axtarışı və cəlb olunması (soyuq zənglər, görüşlər);
Müştərilərin
tələblərinə uyğun kommersiya təkliflərinin (qiymət təklifi) hazırlanması və təqdim olunması;
Dövlət və özəl sektor üzrə Tenders və satınalma proseslərinin izlənilməsi, sənədləşmənin
aparılması;
Müştəri bazasının idarə olunması, mövcud korporativ
müştərilərlə uzunmüddətli əlaqələrin saxlanılması;
Satış prosesinin CRM
sistemində müntəzəm qeydiyyatı və hesabatlılığın təmin edilməsi.
Namizədə olan tələblər:
Təcrübə: Minimum 2 il B2B / Korporativ satış təcrübəsi (IT, kamera və təhlükəsizlik
sistemləri sahəsində təcrübəsi olanlara üstünlük verilir);
Texniki bilik:
IT və təhlükəsizlik avadanlıqları haqqında ümumi texniki anlayışın olması;
Satış bacarıqları: Aktiv müştəri axtarışı, soyuq satış (cold sales) və təqdimat
bacarığı;
Biznes yazışmaları: Peşəkar kommersiya təklifləri hazırlamaq və
tender proseslərində təcrübə;
Proqram bilikləri: MS Office (Word, Excel)
və CRM proqramları ilə sərbəst işləmək bacarığı;
Dil bilikləri:
Azərbaycan dili — sərbəst (səlis nitq və yazışma);
Rus və İngilis dili — arzuolunandır (üstünlükdür).
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "B2B Satış
Meneceri" qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
