Vakansiya haqqında
Təsvir
"ATS Mill MMC"-nin Xırdalan şəhərində yerləşən istehsalat və administrative kompleksi
üçün müəssisədaxili təmizlik, nizam-intizam və operativ təsərrüfat proseslərinin fasiləsizliyini təmin edəcək
Təsərrüfat işləri üzrə mütəxəssis axtarışındayıq. Bu vəzifə ofis və istehsalat/anbar ərazilərində
təmizlik və sanitariya standartlarına riayət olunmasına nəzarəti, təsərrüfat heyətinin (təmizlikçilər və köməkçi
fəhlələr) işinin planlaşdırılması və koordinasiyasını, xırda texniki-təmir ehtiyaclarının vaxtında qarşılanmasını,
eləcə də ləvazimat təminatı və inzibati təşkilati məsələlərin effektiv idarə olunmasını əhatə edir.
Əsas Öhdəliklər
Ofis, müəssisə ərazisi və təsərrüfat sahələrində təmizlik və səliqəyə nəzarət
etmək;
Təmizlikçi və təsərrüfat işçilərinin gündəlik fəaliyyətini təşkil
və koordinasiya etmək;
Əraziyə mütəmadi baxış keçirmək və aşkar edilmiş
çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
Təsərrüfat
ləvazimatları və təmizlik vasitələrinə olan ehtiyacı müəyyən etmək, onların təminatını və uçotunu təşkil
etmək;
Texniki xidmət və xırda təmir işlərini təşkil və koordinasiya
etmək;
Gündəlik təsərrüfat işlərinin fasiləsiz və səmərəli təşkilini
təmin etmək;
Zərurət yarandıqda rəhbərliyin xarici işgüzar səfərləri ilə
bağlı nəqliyyat və digər təşkilati məsələləri koordinasiya etmək;
Daxili
qaydalara və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək;
Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Namizədə dair Tələblər
Təhsil: Bakalavr təhsili;
Təcrübə: Təsərrüfat və inzibati işlər sahəsində iş təcrübəsi olması
üstünlükdür;
Peşəkar və Texniki Biliklər:
Təsərrüfat işlərinin təşkili və işçilərin fəaliyyətinə nəzarət
bacarığı;
Təsərrüfat ləvazimatlarının təminatı və uçotunun aparılması
bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Şəxsi Keyfiyyətlər: Təşkilatçılıq və koordinasiya bacarıqları,
məsuliyyətlilik, dəqiqlik, operativlik, effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
