Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Bankın inzibati ofislərindən (baş idarə, inzibati mərkəz, filiallar və s) kənarda
müştərilərin cəlb edilməsi fəaliyyətini həyata keçirir, idarə və müəssisələrdə müştərilərlə görüşlər keçirir, banka
məxsus buklet, flyer və s. reklam daşıyıcılarının müştərilərə təqdim edlməsini təmin edir;
Kredit məhsulları üzrə müştəri cəlbinə dair zənglərin edilməsini və sosial şəbəkələr
vasitəsilə (həmçinin digər vasitələrlə) sms-lər göndərilməsini təmin edir;
Bankın daxili qaydaları və tariflərində qeyd olunan digər xidmətləri və əməliyyatları da
müştərilərə təklif edir, buna dair sualları və müraciətləri cavablandırır;
Bölmədə əmək intizаmınа riаyət etməklə innovativ layihələrin inkişafını təmin
edi;
Bölməyə yeni götürülmüş təcrübəçilərə və kiçik ekpertlərə
treyninqlər keçir, onların bu sahədə təcrübələrinin artırılmasına dəstək olur;
Bir başa rəhbəri, şöbə müdiri, departament Direktorunun müavini, Rəqəmsal bankçılıq
departamenti direktoru tərəfindən tələb edilən sorğu və hesabatları vaxtında icra və təmin
edir;
Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri
tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın
Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili
korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Tələblər:
Ali təhsil- bakalavr
Təcrübə 2-3
il
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil
operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən
müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Həyatın yığım sığortasına
qoşulmaq imkanı
Müraciət etdüyməsində qeyd olunan
linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
