Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın
təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
İstehsalatda
bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin hazırlanmasında və
həyata keçirilməsində iştirak etmək;
Ətraf mühitin mühafizəsi ilə bağlı
tədbirlərin həyata keçirilməsində iştirak etmək;
Əməyin mühafizəsi üzrə
təlimatların hazırlanmasını və tətbiqini təmin etmək;
Yeni işə qəbul
olunan əməkdaşlara əməyin mühafizəsi üzrə giriş təlimatını keçirmək;
SƏTƏM üzrə təlimat jurnallarının düzgün aparılmasına və imzalanmasına nəzarət
etmək;
Müntəzəm sahə yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqları
qeydə almaq və aradan qaldırılması üçün tədbirlər görmək;
İşçilərin
əməyin mühafizəsi ilə bağlı müraciətlərini araşdırmaq və müvafiq tədbirlər görmək;
Görülmüş işlər və yoxlamaların nəticələri barədə rəhbərliyə mütəmadi hesabat təqdim
etmək;
Şirkətin daxili qaydalarına, müəyyən edilmiş standart və
prosedurlara, həmçinin əmək qanunvericiliyinin tələblərinə riayət etmək;
Vəzifə üzrə verilmiş tapşırıqları vaxtında, keyfiyyətlə və məsuliyyətlə yerinə
yetirmək;
İstifadəsində olan material və inventarlardan düzgün istifadə
etmək və onların qorunmasını təmin etmək.
Namizədə tələblər
Yaş: 25 – 45;
SƏTƏM sahəsində təcrübə 3-5
il;
Kompüter bilikləri;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada
işləmək və ünsiyyət bacarığı.
İş rejimi və əmək haqqı:
Əmək haqqı – 800-1000 AZN (müsahibə əsasında müəyyən ediləcək)
İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏM Mütəxəssisi” şəklində
göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək
istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə
saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
