Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Texniki ofisin fəaliyyətini idarə etmək, iş planlarını hazırlamaq və texniki heyətin
fəaliyyətinə nəzarət etmək;
Texniki sənədlərin, çertyojların,
layihələrin, spesifikasiyaların və hesablamaların hazırlanmasını, yoxlanılmasını və razılaşdırılmasını təmin
etmək;
Yol nişanları, məlumat lövhələri, yol cizgiləri və təhlükəsizlik
baryerləri üzrə texniki layihələrin hazırlanmasını və koordinasiyasını təşkil etmək;
Layihə sənədlərinin texniki tapşırıqlara, standartlara və normativ tələblərə uyğunluğuna
nəzarət etmək;
Texniki ofis, istehsalat, satınalma, anbar və montaj
bölmələri arasında koordinasiyanı təmin etmək;
İstehsalat və montaj
prosesləri üçün zəruri texniki məlumatların vaxtında və düzgün təqdim edilməsinə nəzarət etmək;
Texniki uyğunsuzluqları və layihə risklərini müəyyən etmək, onların aradan qaldırılması üzrə
tədbirlər hazırlamaq;
Layihələrin icra müddətlərinə, texniki resurslara
və xərclərin optimallaşdırılmasına nəzarət etmək;
Məhsulların keyfiyyət
və texniki standartlara uyğunluğunun təmin edilməsində iştirak etmək;
Bütün texniki işlər üzrə Forma 2 sənədlərinin və yerləşmə planlarının düzgün, tam və müvafiq
texniki tələblərə uyğun hazırlanmasını təmin etmək;
Forma 2 sənədləri və
yerləşmə planları ilə bağlı sifarişçi qurumlarla görüşlər və işçi müzakirələri təşkil etmək, texniki məsələlərin
razılaşdırılmasını təmin etmək;
Texniki ofisin fəaliyyətinin
təkmilləşdirilməsi, hesabatlılığın və iş proseslərinin səmərəliliyinin artırılması üzrə tədbirlər
görmək.
Namizədə dair tələblər
Mühəndislik, tikinti, mexanika ixtisası üzrə ali təhsil;
Müvafiq sahədə minimum 10 il iş təcrübəsi;
Texniki
layihələndirmə, mühəndislik sənədləri və istehsalat prosesləri üzrə praktiki biliklər;
Texniki çertyojların oxunması, təhlili və hazırlanması üzrə biliklər;
AutoCAD proqramı ilə işləmək bacarığı;
MS Office
proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
Layihələrin
planlaşdırılması, koordinasiyası və icrasına nəzarət təcrübəsi;
Texniki
standartlar və normativ sənədlərlə işləmək bacarığı;
Komandanı idarə
etmək, iş bölgüsü aparmaq və qərar qəbul etmək qabiliyyəti;
Güclü
analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarıqları;
Üstünlük hesab olunur:
Yol infrastrukturu, yol hərəkətinin təşkili, yol nişanları və təhlükəsizlik
avadanlıqları sahəsində təcrübə;
Metal konstruksiyaların istehsalı və
quraşdırılması üzrə biliklər;
Tender sənədləri, texniki təkliflər və
layihə spesifikasiyalarının hazırlanması təcrübəsi;
ISO 9001 keyfiyyət
idarəetmə sistemi üzrə biliklər;
İngilis və ya rus dili
biliyi;
Layihə idarəetməsi üzrə əlavə təlim və
sertifikatlar.
İş şəraiti
İş yeri: Sumqayıt
İş rejimi: Tam iş günü
Nahar
təminatı
Nəqliyyat təminatı
Əməkhaqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsinə uyğun olaraq
müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
