Vakansiya haqqında
Vəzifə funksiyaları:
Layihə üzrə bütün geodeziya ölçmələrinin
planlaşdırılması və sahədə icrasının təmin edilməsi.
Bünövrə, karkas, divarlar, fasad, mühəndis şəbəkələri və digər konstruktiv
elementlərin yerinin dəqiq müəyyənləşdirilməsi və işçilərə təhvil verilməsi.
Sahədə aparılan işlərin layihə koordinatlarına,
hündürlüklərə və oxlara tam uyğunluğunun yoxlanılması.
Günlük geodeziya layout-larının çıxarılması və sahə işçilərinə izahat
verilməsi.
İcra zamanı
yaranan uyğunsuzluqların dərhal aşkar edilərək mühəndis heyətinə və rəhbərliyə
bildirilməsi.
Topoqrafik
çəkilişlərin aparılması və lazım olan planların hazırlanması.
İşlər tamamlandıqca “As-built” icra xəritələrinin və
planlarının hazırlanması.
Total station, GPS/GNSS, nivelir və digər cihazların sazlığının, kalibrovkasının və
düzgün istifadəsinin təmin edilməsi.
Layihə mühəndisləri, icraçı ustalar və sahə nəzarəti ilə koordinasiyalı şəkildə
işləyərək bütün ölçülərin düzgünlüyünün təmin edilməsi.
Cihazlardan əldə olunan məlumatların düzgün emalı və AutoCAD, Civil 3D və digər
proqramlarda rəsmə salınması
Vəzifəyə olan tələblər:
Təhsil: Ali (Geodeziya
mühəndisliyi və ya əlaqədar sahə ).
İş Təcrübəsi: Tikinti
sahəsində geodeziya üzrə minimum 2-3 illik
təcrübə
Geodeziya mühəndisliyi və ya əlaqədar sahə üzrə ali
təhsil.
Total station, GPS, nivelir cihazlarının mükəmməl idarə
olunması.
AutoCAD və digər geodeziya proqramlarında işləmə bacarığı
(Civil 3D, NetCAD üstünlükdür).
Dəqiqlik, məsuliyyət, analitik düşünmə
qabiliyyəti.
Sahə şəraitində işləməyə uyğunluq və komanda ilə işləmə
bacarığı.
İş Şəraiti:
İş qrafiki: 6/1, 09:00-18:00
Nahar şirkət
tərəfindən təmin olunur
Əmək Haqqı: 1500-2000 AZN NET
Maraqlanan namizədlər CV formalarını
mövzu yerinə “Geodiziya muhendisi” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
