Vakansiya haqqında
“Azera Holdinq” Çağrı mərkəzi şöbəsinə
Operator vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
Daxil olan zənglərin vaxtında və nəzakətli şəkildə
cavablandırılması
Müştərilərə xidmətlər, ünvanlar, iş saatları və digər
zəruri məlumatlar barədə düzgün məlumat verilməsi
Müştəri
müraciətlərinin, sual və şikayətlərinin qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi
Zəng zamanı əldə olunan məlumatların CRM və ya müvafiq sistemdə düzgün qeydiyyata
alınması
Buraxılmış zənglər üzrə geri dönüşlərin həyata
keçirilməsi
Müştəri ilə ünsiyyət zamanı etik davranış və xidmət
standartlarına riayət edilməsi
Daxili şöbələr və biznes vahidləri ilə
koordinasiyanın təmin edilməsi
Müraciətlərin statusunun izlənilməsi və
zərurət yarandıqda məsul şəxslərə məlumat verilməsi
Tələblər:
Təhsil: Orta və ya ali
Əlavə
təlim/sertifikasiyası:
İş təcrübəsi (il, sahə): 1 ildən
yuxarı
Dil bilikləri: Yüksək səviyyədə yazılı və şifahi Azərbaycan/Rus
dili
Kompüter proqramlarının biliyi: MS Office proqramları üzrə ilkin
biliklər, CRM və çağrı mərkəzi proqramları ilə işləmək bacarığı üstünlükdür.
Səlis və düzgün ünsiyyət qurma bacarığı
Müştəriyönümlü yanaşma
Diqqətli və məsuliyyətli
olmaq
Çevik qərarvermə bacarığı
Stressə davamlılıq
Komandada işləmə
bacarığı
Məlumatları düzgün və vaxtında qeyd etmək
bacarığı
Cinsi/yaşı: Cinsi fərq etmir / 20–35 yaş
Vəzifənin icrası üçün sağlamlıq vəziyyəti iş rejiminə uyğun olmalıdır
Növbəli və dinamik iş mühitində çalışmaq imkanına malik olmalıdır
Şirkətin daxili nizam-intizam qaydalarına riayət etməyə hazır olmalıdır
Xidmət sahəsində qəbul edilmiş etik davranış normalarına uyğun
davranmalıdır
Verilən təlimat və prosedurları mənimsəmək və gündəlik iş
prosesində tətbiq etmək bacarığı olmalıdır
İş zamanı konfidensial
məlumatların qorunmasına məsuliyyətlə yanaşmalıdır
Davamlı öyrənməyə və
xidmət keyfiyyətinin artırılması üzrə təlimlərdə iştirak etməyə açıq olmalıdır
İş prosesində rəhbərlik və aidiyyəti struktur bölmələri ilə düzgün işgüzar münasibət qurmağı
bacarmalıdır
Biz təklif edirik
Əmək haqqı: 650 AZN (Net)
İş yeri: Ələsgər Qayıbov 1222
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Operator” qeyd
etməklə,Müraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
