Vakansiya haqqında
Korporativ müştərilərlə işləməyi və satışda nəticə
əldə etməyi bacaran mütəxəssisləri komandamıza dəvət edirik.
Vəzifə
öhdəlikləri
Yeni korporativ müştərilər qazanmaq və mövcud müştəri portfelini inkişaf
etdirmək;
İşgüzar görüşlər, məhsul təqdimatları və satış danışıqları
aparmaq;
Müştəri sorğularını qiymətləndirmək, kommersiya təklifləri
hazırlamaq və sifarişədək izləmək;
Sifarişlərin icrasını aidiyyəti
şöbələrlə əlaqələndirmək;
Satış hədəflərinə çatmaq və nəticələr barədə
hesabat vermək.
Namizədə
tələblər
Satış sahəsində ən azı 1 il təcrübə;
Ali
təhsil;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət; ingilis dili
üstünlükdür;
MS Office proqramları ilə işləmək
bacarığı;
Təqdimat, danışıqlar və müştəri münasibətlərini idarəetmə
bacarığı;
Təşəbbüskarlıq, məsuliyyət və
nəticəyönümlülük.
İş şərtləri
Əməkhaqqı: 1 000 AZN + satış bonusu;
İş qrafiki: bazar ertəsi–cümə, 08:30–17:30;
Rəsmi
əmək müqaviləsi;
Korporativ nömrə və işgüzar görüşlər üçün taksi
təminatı;
İş yeri: Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi 1,
Nobel Hotelin yanı.
CV-nizi mövzu hissəsində “Korporativ satış
üzrə mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
