Vakansiya haqqında
Təsvir
Müşahidə Şurası və İdarə Heyəti iclaslarının gündəliyinin
yoxlanılması/Protokollarının hazırlanması;
Əmr, Sərəncam, Etibarnamə və
digər inzibati sənədlərin hazırlanması;
İdarəetmə orqanlarının işinin
əlaqələndirilməsi;
İdarəetmə orqanlarının səlahiyyət bölgülərinin
vaxtaşırı təhlili;
Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin bankdaxili
normativ aktlar, zəruri informasiya və hesabatlarla təmin edilməsi;
Bank
əməkdaşlarına elektron imza sertifikatlarının alınması və müddətlərinin izlənilməsi;
Kredit, təminat və digər müqavilə şablonlarının təsdiqi və uçotunun aparılması və
s.
Tələblər
Hüquq sahəsində ali magistr təhsilinin olması;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar
üçün);
Korporativ idarəetmə/korporativ katiblik və ya əlaqəli sahələrdə
iş təcrübəsinin olması arzuolunandır;
Azərbaycan Respublikasının
qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
Bank fəaliyyətini
tənzimləyən qanunvericilik bazası və maliyyə bazarlarına nəzarət orqanının normativ aktlarını
bilməsi;
Kargüzarlıq işinin əsaslarını bilməsi;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını
bilməsi;
Azərbaycan dilini mükəmməl səviyyədə
bilməsi;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək
bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə
qabiliyyəti;
Ofis proqramlarında işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
