Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Tam Store

Sahə mühəndisi

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri: Tikinti-quraşdırma işlərinə sahədə gündəlik nəzarətin həyata keçirilməsi; İşlərin layihəyə, texniki şərtlərə və təsdiq olunmuş standartlara uyğun icrasına nəzarət edilməsi; Podratçı və subpodratçı şirkətlərlə koordinasiyalı işin təşkili; Görülən işlərin keyfiyyətinə və icra müddətlərinə nəzarət edilməsi; Sahədə yaranan texniki problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və onların həllində iştirak edilməsi; Layihə çertyojlarının oxunması və işlərin layihəyə uyğunluğunun yoxlanılması; Görülmüş işlər üzrə hesabatların, aktların və digər texniki sənədlərin hazırlanmasında iştirak edilməsi; Materialların və görülən işlərin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi; İşlərin təhlükəsizlik qaydalarına uyğun aparılmasına nəzarət edilməsi. Tələblər: Ali təhsil (inşaat mühəndisliyi və ya uyğun ixtisas üzrə); Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Şəxsi avtomobilin olması mütləqdir; AutoCAD/DWG proqramlarını yaxşı səviyyədə bilmək; İş prosesini koordinasiya etmək bacarığı; Texniki sənədlərlə işləmək bacarığı; Məsuliyyətli, intizamlı və operativ olmaq; Komandada işləmək bacarığı; Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək bacarığı; İşlərin icrasına nəzarət və təşkilatçılıq qabiliyyəti; İşgüzar ünsiyyət və danışıqlar aparmaq bacarığı; Ezamiyyətlərə açıq olmaq. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Ərazi. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə mühəndisi”yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.