Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
Gündəlik olaraq təmizlik heyətinin iş bölgüsünü planlaşdırmaq və nəzarət etmək,
tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək.
Qonaq
otaqları, ümumi ərazilər, xidmət sahələri və işçi otaqlarında yüksək təmizlik və gigiyena standartlarının tətbiqinə
nəzarət etmək.
İşçi heyətinin işə davamiyyətinə, etik davranışına və
formasına (uniformasına) nəzarət etmək.
Yeni əməkdaşların təlimini təşkil
etmək, onların peşəkar şəkildə inkişafına dəstək olmaq.
Otaqların və
ərazinin təmizlik yoxlamalarını keçirmək, çatışmazlıqları müəyyənləşdirərək dərhal aradan
qaldırmaq.
Təmizlik ləvazimatlarının və təchizatın istifadəsinə nəzarət
etmək, materialların səmərəli istifadəsini təmin etmək.
Lazımi
materialların vaxtında sifariş olunması üçün anbar ehtiyatlarını izləmək və hesabat təqdim
etmək.
Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək, nasazlıq
hallarında dərhal texniki heyətlə əlaqə saxlamaq.
Əməkdaşlar arasında
əmək intizamını qorumaq, daxili qaydalara riayət olunmasını təmin etmək.
Otelin ümumi xidmət keyfiyyətinə töhfə vermək məqsədilə digər şöbələrlə koordinasiyalı
işləmək.
Otel tərəfindən təşkil olunan fövqəladə hallar və təhlükəsizlik
təlimlərində iştirak etmək və heyəti də bu təlimlərə cəlb etmək.
Rəhbərlik tərəfindən verilən digər əsaslı vəzifə və tapşırıqları yerinə
yetirmək.
Namizədə Tələblər:
Qonaqpərvərlik sənayesində təmizlik xidmətləri üzrə təcrübənin olması
üstünlükdür.
Dəyişkən iş qrafikində işləyə bilmək.
Opera proqramın bilməlidir.
Qonaq məmnuniyyəti və
yüksək xidmət keyfiyyətinə sadiqlik.
İngilis və Rus dillərində orta
səviyyədə bilməlidir.
Güclü ünsiyyət bacarıqları, problem həll etmə
qabiliyyəti və nümunəvi liderlik xüsusiyyətləri tələb olunur.
Əmək haqqı
müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
