Vakansiya haqqında
“Şirvan Aqro” MMC heyvandarlıq kompleksində texnoloji proseslərin səmərəli idarə
edilməsi, avtomatlaşdırılmış sistemlərin işlək vəziyyətinin təmin olunması və sürünün məhsuldarlığının artırılması
məqsədilə komandasına Sürünün idarə edilməsi üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
Sürünün idarə edilməsi sistemlərinin, elektron identifikasiya vasitələrinin,
sensorların və əlaqəli avadanlıqların işinə nəzarət etmək;
Sürünün
sağlamlıq, məhsuldarlıq və reproduktiv göstəricilərini sistemlər vasitəsilə izləmək və təhlil
etmək;
Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və texniki
xidmət prosesini koordinasiya etmək;
Elektron məlumat bazalarının düzgün
aparılmasını və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Tövlələrdə heyvanların sağlamlıq vəziyyətinə, saxlanma şəraitinə və rifahına nəzarət
etmək;
Aşkar edilmiş problemlər barədə aidiyyəti şəxsləri
məlumatlandırmaq və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
Namizədə tələblər:
Texniki, kənd təsərrüfatı, zootexniklik və ya müvafiq sahələr üzrə ali
təhsil;
Avtomatlaşdırılmış sistemlər və texnoloji avadanlıqlarla işləmək
bacarığı;
MS Excel və elektron məlumat bazaları ilə işləmək
bacarığı;
Analitik düşünmə, məsuliyyətlilik və problem həll etmə
bacarığı;
Heyvandarlıq və südçülük kompleksində iş təcrübəsi –
üstünlükdür
İş şəraiti:
İş qrafiki: istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli
iş rejimi;
Əməkhaqqı: müsahibə əsasında müəyyən
edilir;
İş yeri: Şamaxı / “Şirvan Aqro”
MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sürünün idarə
edilməsi üzrə mütəxəssis” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
