Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Layihənin icra prosesində sahədə görülmüş fiziki işlərin maliyyə hesabatı aktlarının
(Forma 2 və Forma 3) hazırlanıb, təsdiq edilməsi prosesinin təmin edilməsi;
Sahədə podratçı təşkilatların görmüş olduğu fiziki işlərin maliyyə hesabatı aktlarının (Forma
2 və Forma 3) təsdiqlənmiş smeta sənədləri üzrə uyğunluğunu yoxlayıb, reyestrin aparılması;
Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənəd və materiallarla təmin
edilməsi;
Tikinti üzrə sənədləşmənin qiymətləndirilməsinin hazırlanması
və ərazi üçün lazımı iş metodologiyasının hazırlanıb tətbiq edilməsi;
Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə
əlaqələndirilməsi;
Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və
subpodratçıya aid işlərə dair iş tələbinin hazırlanmasına kömək etmək;
Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və
ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
Bütün tələb
olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və təsdiq prosesini
izləmək;
Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün
təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat
vermək;
İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə
hesabat vermək;
Texniki ofis üzrə siyasət və prosedurların həyata
keçirilməsində iştirak etmək;
Layihə üzrə müqavilə sənədləri ilə tanış
olmaq (vaxt cədvəli, layihə dizayn çertyojları, BOQ və s.);
Tikinti
zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak
etmək/məlumat vermək;
Layihənin sonunda yekun hesabatların hazırlanması
və layihə rəhbərinə təhvil verilməsi.
Tələblər:
Layihə sənədlərini (baş plan, kəsik və detallar) oxumaq və iş həcmlərini çertyojlar
üzrə hesablamaq
Smeta hesablamaları, iş həcmləri cədvəlləri və görülmüş
işlərin aktlarının hazırlanması
İcra sənədləri: gizli işlər aktları,
keyfiyyət sənədləri, material sertifikatları və laboratoriya nəticələri
Material və resurs uçotu, subpodratçıların hesabatlarının yoxlanılması
Azərbaycan Respublikasının tikinti normativ sənədlərini (ŞNQ) bilmək
bacarığı.
Geodeziya və vertikal planlaşdırma məlumatlarını başa düşmək,
ölçmə nəticələrinin layihə ilə uyğunluğunu yoxlamaq
AutoCAD (həcmlərin
çıxarılması üçün), MS Excel (əsas səviyyədən yuxarı), MS Word, MS Project (üstünlükdür)
İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə 5+ il sahə təcrübəsi;
İş şəraiti
Rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və
iri layihələrdə iştirak imkanı;
Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə
əsasında müəyyən ediləcək);
İş qrafiki: Tam iş günü;
İş yeri: Bakı şəhəri.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
