Vakansiya haqqında
Rahat Supermarketlər şəbəkəsi Vergi bölmə müdiri vəzifəsi üzrə vakansiya elan
edir.
Vəzifə öhdəlikləri
Şirkətin vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun təşkilinə və aparılmasına
nəzarət etmək;
ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və
digər vergi öhdəliklərinin düzgün hesablanmasını təmin etmək;
Vergi
bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanmasına, yoxlanılmasına və vaxtında təqdim edilməsinə nəzarət
etmək;
Vergi orqanları ilə yazışmaları, sorğuların cavablandırılmasını və
vergi yoxlamaları üzrə prosesləri koordinasiya etmək;
Vergi risklərini
müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üçün müvafiq tədbirlər görmək;
Satış, qaytarma, endirim, kampaniya, bonus, back marja, konsiqnasiya, inventarizasiya
fərqləri, zayolma və silinmə əməliyyatlarının vergi uçotuna nəzarət etmək;
İdxal əməliyyatları, gömrük sənədləri və idxal ƏDV-si üzrə uçotun düzgün aparılmasını təmin
etmək;
Elektron qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS
məlumatlarının mühasibat uçotu göstəriciləri ilə üzləşdirilməsinə nəzarət etmək;
Vergi uçotu ilə maliyyə uçotu arasındakı fərqləri təhlil etmək və müvafiq üzləşdirmələri
aparmaq;
Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək, onların
şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
Vergi proseslərinin təkmilləşdirilməsi, avtomatlaşdırılması və daxili nəzarət mexanizmlərinin
gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
Vergi bölməsinin
əməkdaşlarının fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və işlərin keyfiyyətinə nəzarət
etmək.
Namizədə tələblər
Cins:Bəy və xanım namizədlər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali
təhsil;
Vergi və mühasibatlıq sahəsində minimum 5 il, rəhbər vəzifədə
minimum 2 il iş təcrübəsi;
Pərakəndə satış sektorunda, xüsusilə çoxsaylı
mağazaları olan şəbəkələrdə iş təcrübəsi;
Azərbaycan Respublikasının
vergi qanunvericiliyini və onun praktiki tətbiqini yüksək səviyyədə bilmək;
ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin
hesablanması, bəyannamələrin hazırlanması və yoxlanılması üzrə praktiki təcrübə;
Pərakəndə satış əməliyyatlarının vergi uçotu üzrə bilik və təcrübə;
İdxal əməliyyatları, gömrük sənədləri və idxal ƏDV-sinin uçotu üzrə
biliklər;
Elektron qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və
POS məlumatlarının uçot göstəriciləri ilə üzləşdirilməsi üzrə təcrübə;
Kameral və səyyar vergi yoxlamaları, vergi orqanlarının sorğularının cavablandırılması və
uyğunsuzluqların aradan qaldırılması üzrə praktiki təcrübə;
Vergi
risklərinin müəyyənləşdirilməsi və qanunvericilik çərçivəsində vergi planlaşdırılması bacarığı;
ERP sistemləri ilə iş təcrübəsi və MS Excel proqramını yüksək səviyyədə
bilmək;
Komandanı idarəetmə, iş bölgüsünün təşkili və hesabatların
vaxtında təqdim edilməsinə nəzarət bacarığı;
Analitik düşüncə, detallara
diqqət, yüksək məsuliyyət və məxfi məlumatlarla işləmək bacarığı.
Əlavə üstünlüklər
Peşəkar Mühasib Sertifikatı (PMS), ACCA və ya vergi sahəsi üzrə müvafiq
sertifikatların olması;
İri vergiödəyiciləri və ya bir neçə hüquqi
şəxsdən ibarət şirkətlər qrupu ilə iş təcrübəsi;
Vergi proseslərinin
avtomatlaşdırılması və daxili nəzarət prosedurlarının qurulması təcrübəsi.
İş şərtləri
İş yeri:Rahat Supermarketlər şəbəkəsi
İş qrafiki:5 günlük iş həftəsi
Əmək haqqı:Namizədin bilik və bacarıqları, peşəkar təcrübəsi və vəzifəyə
uyğunluğu nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Vergi bölmə
müdiri”qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
