Vakansiya haqqında
Bu vəzifə üzrə namizəd İT infrastrukturu, sistem inteqrasiyası və proqram təminatı
layihələrinin planlaşdırılması, koordinasiyası və uğurla icrasına rəhbərlik edəcək. Eyni zamanda bir neçə layihəni
paralel idarə edə bilən, nəticəyönümlü və güclü təşkilatçılıq bacarıqlarına malik namizəd axtarırıq.
Əsas vəzifələr
İT infrastrukturu, sistem inteqrasiyası və proqram təminatı layihələrini
planlaşdırmaq və idarə etmək;
Layihələrin əhatə dairəsini, vaxt
qrafikini və resurs ehtiyaclarını müəyyənləşdirmək;
Layihələrin
büdcəsini, vaxt qrafikini, resurslarını və nəticələrini idarə etmək;
Daxili komandalar, sifarişçilər, biznes tərəfləri və xarici təchizatçılar arasında
koordinasiyanı təmin etmək;
Layihə üzrə gündəlik fəaliyyətləri
idarə etmək, tapşırıqların vaxtında və keyfiyyət standartlarına uyğun icrasına nəzarət
etmək;
Layihə risklərini və yarana biləcək problemləri
müəyyənləşdirmək, onların həlli və idarə olunmasını təmin etmək;
Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət tələbləri çərçivəsində tamamlanmasına
nəzarət etmək;
İT siyasətlərinə, texniki standartlara və
informasiya təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;
Test, tətbiq, sənədləşdirmə və layihənin təhvil verilməsi proseslərini koordinasiya
etmək;
Layihələrin gedişatı barədə rəhbərliyə və maraqlı tərəflərə
mütəmadi hesabatlar təqdim etmək;
Rəhbərlik tərəfindən vəzifə üzrə
verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya digər uyğun
ixtisas üzrə ali təhsil;
Layihələrin idarə edilməsi sahəsində
minimum 4–5 il iş təcrübəsi;
İT infrastrukturu, sistem
inteqrasiyası və ya proqram təminatı layihələri üzrə praktiki təcrübə;
Orta və irimiqyaslı inteqrasiya layihələrinin başlanğıcdan təhvil mərhələsinədək idarə
olunması üzrə təcrübə;
Agile, Waterfall və ya Hybrid layihə
idarəetmə metodologiyaları üzrə bilik;
MS Office proqramları,
xüsusilə MS Project ilə işləmə bacarığı;
Azure DevOps, ManageEngine
və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
İT
siyasətləri, texniki standartlar və informasiya təhlükəsizliyi tələbləri haqqında
anlayış;
ISO 9001, ISO 27001 və digər müvafiq idarəetmə
standartları üzrə bilik arzuolunandır;
Güclü liderlik, ünsiyyət,
danışıqlar aparma, analitik düşünmə və problem həll etmə bacarıqları;
Vaxtın effektiv idarə olunması və güclü təşkilatçılıq bacarığı;
Bir neçə layihəni eyni vaxtda effektiv idarə etmək və gərgin iş şəraitində çevik qərarlar
vermək bacarığı;
Texniki və biznes tərəfləri ilə effektiv
əməkdaşlıq etmək bacarığı.
Dil bilikləri
Azərbaycan dili – sərbəst;
İngilis
dili – əla;
Rus dili – əla.
Əmək haqqı: Müsahibə zamanı təyin
olunacaq
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
