Vakansiya haqqında
Şirvan Aqro” MMC istehsalat proseslərinin planlaşdırılması, resurslardan səmərəli
istifadənin təmin edilməsi və əməliyyat göstəricilərinin təhlili məqsədilə komandasına Planlama üzrə
mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
İstehsalat prosesləri üzrə gündəlik, həftəlik, aylıq və illik planların
hazırlanmasını təmin etmək;
İstehsalat həcmləri, məhsuldarlıq, yem
sərfiyyatı, işçi qüvvəsi və digər əməliyyat göstəriciləri üzrə məlumatları toplamaq və təhlil
etmək;
Plan və faktiki göstəriciləri müqayisə etmək, kənarlaşmaların
səbəblərini araşdırmaq və müvafiq təkliflər hazırlamaq;
Mövcud
resursların, avadanlıqların və işçi qüvvəsinin ehtiyaclara uyğun planlaşdırılmasında iştirak
etmək;
İstehsalat göstəriciləri əsasında proqnozlar hazırlamaq və resurs
tələbatını müəyyənləşdirmək;
Müxtəlif struktur bölmələrindən məlumatları
toplayaraq vahid planlaşdırma və hesabat sistemini formalaşdırmaq;
Planların icra vəziyyətini izləmək, gecikmə və səmərəsizlik yaradan amilləri müəyyən
etmək;
Əməliyyat proseslərinin optimallaşdırılması, məhsuldarlığın
artırılması və xərclərin azaldılması üzrə təkliflər vermək;
Rəhbərlik
üçün müntəzəm hesabatlar, analitik cədvəllər və təqdimatlar hazırlamaq;
Planlaşdırma məlumatlarının elektron sistemlərdə düzgün və vaxtında qeydiyyatına nəzarət
etmək.
Namizədə tələblər:
İqtisadiyyat, mühəndislik, logistika, menecment və ya müvafiq sahələr üzrə ali
təhsil;
Planlaşdırma, istehsalat, əməliyyatların idarə edilməsi və ya
hesabatlılıq sahəsində iş təcrübəsi – üstünlükdür;
MS Excel üzrə yaxşı
biliklər, böyük həcmli məlumatlarla işləmək və təhlil aparmaq bacarığı;
Plan-fakt təhlili, proqnozlaşdırma və göstəricilərin monitorinqi üzrə
biliklər;
ERP və digər idarəetmə sistemləri ilə işləmək bacarığı –
üstünlükdür;
Analitik düşünmə, sistemli yanaşma və problem həll etmə
bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və struktur bölmələri ilə effektiv
əməkdaşlıq qurmaq bacarığı.
İş şəraiti:
İş qrafiki: həftədə 5 günlük iş rejimi;
Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında
müəyyən edilir;
İş yeri: Şamaxı / “Şirvan Aqro”
MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Planlama üzrə
mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
