Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
Lift, eskalator və travelator sistemlərinə planlı texniki xidmətin
göstərilməsi;
Texniki çağırışlar və servis təmirlərinin müəyyən edilmiş
qrafikə, çağırışa cavab müddətinə və keyfiyyət standartlarına uyğun yerinə yetirilməsi;
Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan
qaldırılması;
Liftlərin və digər qaldırıcı qurğuların mexaniki, elektrik
və elektron komponentlərinin yoxlanılması və təmiri, nasaz ehtiyat hissələrinin dəyişdirilməsi;
İşlərin texniki xidmət təlimatlarına və təhlükəsizlik qaydalarına tam uyğun aparılması, iş
zamanı istifadəçilərin və obyektin təhlükəsizliyinin təmin edilməsi;
Görülmüş servis işlərinin və çağırışların ERP proqramında qeydə alınması və icra vəziyyətinin
yenilənməsi;
Servis aktlarının, qüsur aktlarının və görülmüş işlər barədə
aktların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Aşkar edilmiş
nasazlıqlar, əlavə təmir ehtiyacları və texniki risklər barədə rəhbərliyə məlumat verilməsi;
Növbətçilik xidmətinin, o cümlədən ay ərzində bir neçə dəfə gecə növbətçiliyinin yerinə
yetirilməsi və bu müddətdə daxil olan çağırışlar üzrə obyektlərə gedərək zəruri işlərin
görülməsi;
Servis alətlərinin, ölçü cihazlarının və xidməti avtomobilin
təhlükəsiz, saz və qaydasında saxlanılması;
Müştərilər və komanda üzvləri
ilə düzgün kommunikasiya və koordinasiyanın təmin edilməsi
Namizədə tələblər
Elektrik və mexaniki sistemlərin iş prinsipləri haqqında
biliklər;
Texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq
bacarığı;
Texniki sxemləri və avadanlıq sənədlərini oxumaq
bacarığı;
Əl alətlərindən və ölçü cihazlarından düzgün istifadə
bacarığı;
Təhlükəsizlik qaydalarına və iş prosedurlarına ciddi riayət
etmək;
Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək
bacarığı;
B və C kateqoriyalı sürücülük vəsiqəsi.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
