Vakansiya haqqında
Vəzifə haqqında
Product Manager rəqəmsal stomatoloji avadanlıqların, xüsusilə Panda Scanner
intraoral skanerlərinin Azərbaycan bazarında inkişafı, texniki dəstəyi və məhsul təqdimatlarına cavabdeh
olacaq.
Vəzifə texniki biliklər, məhsul ekspertizası və satış komandasına
dəstək funksiyalarını birləşdirir.
Stomatologiya sahəsində əvvəlki iş
təcrübəsi mütləq deyil. Məhsullar və rəqəmsal iş prosesləri üzrə zəruri təlimlər şirkət və istehsalçı tərəfindən
təmin ediləcək.
Vəzifə öhdəlikləri
Rəqəmsal stomatoloji avadanlıqların klinikalarda quraşdırılması və istifadəyə
verilməsi;
Avadanlıq və proqram təminatı ilə bağlı texniki problemlərin
müəyyən edilməsi və həlli;
Müştərilərə texniki dəstəyin göstərilməsi və
proqram yeniləmələrinin idarə olunması;
Zəmanət və servis müraciətlərinin
istehsalçı ilə koordinasiyası;
Satış komandası ilə birlikdə həkimlər və
klinikalarla görüşlərin keçirilməsi;
Məhsulların nümayişi və
təqdimatlarının təşkili;
Müştəri rəylərinin və bazardan daxil olan geri
bildirişlərin istehsalçıya ötürülməsi;
Satış komandası və müştərilər üçün
məhsul təlimlərinin keçirilməsi;
Sərgi, konfrans və digər peşəkar
tədbirlərdə məhsulların təqdim edilməsi;
İstehsalçının təşkil etdiyi
beynəlxalq təlimlərdə iştirak.
Namizədə tələblər
Biotibbi mühəndislik, tibbi texnika, elektronika və ya oxşar texniki ixtisas üzrə
ali təhsil;
İngilis dilini sərbəst səviyyədə bilmək (yazılı və şifahi) –
mütləqdir;
Kompüter, texniki avadanlıqlar və proqram təminatı üzrə güclü
biliklər;
Texniki məlumatları sadə və anlaşılan formada izah etmək
bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Müştərilərlə işləmək və problemləri operativ həll etmək bacarığı;
Öyrənməyə açıqlıq, məsuliyyətlilik və təşəbbüskarlıq;
Ölkədaxili və xarici ezamiyyətlərə hazır olmaq.
İş şəraiti və təkliflərimiz
1000 AZN sabit əməkhaqqı və performansa əsaslanan bonus
sistemi;
Şirkət və beynəlxalq istehsalçılar tərəfindən peşəkar
təlimlər;
Rəqəmsal stomatologiya kimi sürətlə inkişaf edən sahədə karyera
və peşəkar inkişaf imkanları;
Müasir ofis şəraiti və peşəkar komanda
mühiti;
Beynəlxalq brendlər və innovativ texnologiyalarla işləmək
imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Product Manager – Dijital
Stomatoloji Avadanlıqlar” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
