Vakansiya haqqında
Arash Companykomandasına
satış sahəsində təcrübəli, təşəbbüskar, yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığına
malikAnti-Age Məhsulları üzrə Satış Meneceriaxtarır.
Bu vəzifə estetik tibb və anti-aging sahəsində
istifadə olunan innovativ məhsulların satışını, yeni müştərilərin cəlb edilməsini və uzunmüddətli işgüzar əlaqələrin
qurulmasını əhatə edir.
Axtardığımız namizəd aktiv satış fəaliyyəti
vasitəsilə şəxsi müştəri portfelini formalaşdıracaq, dermatoloqlar, kosmetoloqlar və estetik klinikalarla əməkdaşlıq
quracaq, şirkətin bazardakı mövqeyinin gücləndirilməsinə və satış həcminin artırılmasına töhfə
verəcək.
Əgər satış sahəsində uğurlu təcrübən varsa,
yeni müştərilər qazanmaqdan motivasiya alırsansa və beynəlxalq brendlərlə işləyərək peşəkar inkişaf etmək
istəyirsənsə, səni komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr
Satış və biznesin inkişafı
Anti-age və estetik tibb məhsullarının
(dermal fillerlər, botulinum toksinləri, biorevitalizasiya və mezoterapiya preparatları, biostimulyatorlar, PRP
məhsulları, peşəkar dəriyə qulluq vasitələri və s.) aktiv satışının həyata keçirilməsi;
Yeni müştərilərin müəyyən edilməsi, cəlb olunması
və şəxsi müştəri portfelinin formalaşdırılması;
Dermatoloqlar, kosmetoloqlar, estetik klinikalar və tibb mərkəzləri ilə
mütəmadi görüşlərin keçirilməsi;
Məhsulların təqdimatı, üstünlüklərinin və istifadə sahələrinin müştərilərə izah
edilməsi;
Potensial
müştərilərlə kommersiya danışıqlarının aparılması və satışların tamamlanması;
Aylıq və rüblük satış hədəflərinə nail
olunması;
Yeni bazar
imkanlarının araşdırılması, rəqiblərin fəaliyyətinin və bazar tendensiyalarının
izlənilməsi;
Satış
həcminin artırılması üçün yeni yanaşmaların və təşəbbüslərin irəli sürülməsi.
Müştəri münasibətlərinin idarə olunması
Mövcud və yeni müştərilərlə uzunmüddətli,
etibarlı işgüzar münasibətlərin qurulması;
Müştərilərlə müntəzəm əlaqə saxlanılması və təkrar satışların təşviq
edilməsi;
Mövcud
müştərilərə əlavə məhsulların təqdim edilməsi və satış potensialının artırılması;
Aktiv olmayan müştərilərlə əlaqələrin
bərpası;
Müştərilərin
ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsulların təklif olunması;
Müştəri rəylərinin toplanması, etirazların və
yaranan problemlərin operativ həlli.
Satış proseslərinin idarə olunması
Müştəri məlumatlarının, görüşlərin və
satış imkanlarının CRM/Odoo sistemində mütəmadi və düzgün qeydiyyatının aparılması;
Satış prosesinin bütün mərhələlərinin izlənilməsi
və potensial satışların nəticəyə çevrilməsi;
Fərdi satış göstəricilərinin və hədəflərə nailolma səviyyəsinin mütəmadi
izlənilməsi;
Müştəri
debitor borclarının izlənilməsi və gecikmiş ödənişlərin yığılmasının təmin edilməsi;
Sifarişlərin vaxtında icrası üçün anbar və
logistika komandaları ilə koordinasiya;
Məhsul ehtiyatlarının və mövcudluğunun izlənilməsi;
Satış proqnozlarının hazırlanmasında və satış
planlaşdırılmasında iştirak.
Marketinq və tədbirlər
Tibbi konfrans, seminar, master-klass və
sərgilərdə şirkətin təmsil olunması;
Müştərilərin şirkət tərəfindən təşkil edilən elmi və maarifləndirici tədbirlərə
cəlb edilməsi;
Yeni
məhsulların bazara təqdimatı və satış kampaniyalarında aktiv iştirak;
Klinikalar və həkimlər üçün məhsul təqdimatlarının
təşkili;
Sahənin
aparıcı mütəxəssisləri və rəy liderləri (KOL) ilə peşəkar əlaqələrin qurulması və inkişaf
etdirilməsi;
Zərurət
yarandıqda beynəlxalq istehsalçı təlimlərində, konfranslarda və sərgilərdə iştirak.
Namizədə tələblər
Ali təhsil (Tibb, Farmasiya, Biologiya,
Kimya, Biznesin İdarəedilməsi, Marketinq və ya digər uyğun ixtisaslar);
Satış sahəsində minimum 2-3 il iş təcrübəsi (mütləqdir);
Aktiv satış və yeni müştərilərin cəlb edilməsi
sahəsində praktiki təcrübə;
Estetik tibb, dermatologiya, əczaçılıq və ya tibbi məhsulların satışı sahəsində
təcrübə üstünlük hesab olunur;
Digər sahələrdə uğurlu B2B satış təcrübəsinə malik namizədlərin müraciətləri də
nəzərdən keçiriləcək;
Azərbaycan dilində sərbəst yazılı və
şifahi ünsiyyət bacarığı (mütləqdir);
Rus dilini yaxşı
səviyyədə bilmək (mütləqdir);
İngilis dilini bilmək üstünlük hesab olunur;
MS Office proqramlarında (Word, Excel, PowerPoint)
işləmək bacarığı;
CRM
sistemləri və satış imkanlarının idarə olunması üzrə təcrübə;
Odoo ERP sistemi ilə iş təcrübəsi üstünlük hesab
olunur;
Güclü təqdimat,
danışıqlar aparmaq və inandırma bacarığı;
Yeni müştərilərin cəlb edilməsinə və satış hədəflərinə nail olunmasına yüksək
motivasiya;
Analitik və
kommersiya düşüncəsi;
Müştərilərlə uzunmüddətli münasibətlər qurmaq
bacarığı;
Etirazlarla
işləmək və problemləri operativ həll etmək bacarığı;
Müstəqil işləmək, vaxtı düzgün idarə etmək və fəaliyyətini planlaşdırmaq
bacarığı;
Yüksək
məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma;
Peşəkar görünüş və işgüzar ünsiyyət etikası;
B kateqoriyalı sürücülük vəsiqəsinin olması
üstünlük hesab olunur;
Bakı və Azərbaycanın digər bölgələrində müştəri görüşlərinə və ezamiyyətlərə
hazır olmaq.
İş şəraiti
İş qrafiki:Bazar ertəsi
– Cümə: 09:00 – 18:00
Şənbə:09:00 – 15:00
İş
yeri:Arash Company, F. İbrahimbəyov küç. 19,
Bakı
İş rejimi:Tam ştat, ofis və müştəri görüşləri
Əməkhaqqı:Namizədin bilik və
təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Bonus sistemi:Satış nəticələrinə
əsaslanan əlavə bonuslar;
Sınaq müddəti:3 ay (sınaq müddətində də satış bonusları tətbiq
olunur);
İşgüzar
səfərlərlə əlaqədar nəqliyyat və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.
Biz nə təklif edirik?
Beynəlxalq səviyyədə tanınmış estetik
tibb və anti-age məhsul istehsalçıları ilə işləmək imkanı;
Satış nəticələrinə əsaslanan motivasiyaedici bonus
sistemi;
Beynəlxalq
istehsalçıların məhsul və satış təlimlərində iştirak;
Xaricdə keçirilən tibbi konfrans, sərgi və digər peşəkar tədbirlərdə iştirak
perspektivi;
Peşəkar
inkişaf və gələcəkdə rəhbər vəzifələrə yüksəliş imkanları;
Şəxsi müştəri portfelini formalaşdırmaq və inkişaf etdirmək
imkanı;
Korporativ
mobil nömrə;
Ofisdə
ödənişsiz nahar;
Peşəkar və dəstəkləyici komanda mühiti;
Korporativ tədbirlər və komanda
fəaliyyətləri.
Maraqlanan namizədlərdən
CV-ləriniMüraciət
etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Məktubun mövzu
hissəsində“Anti-Age Məhsulları üzrə Satış Meneceri”qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
