Vakansiya haqqında
«RASMAR» MMC mühəndislik, satınalma, logistika və sənaye təchizatı sahələrində fəaliyyət
göstərən dinamik şirkətdir. Müştərilərdən və tərəfdaşlardan daxil olan sorğuların vaxtında cavablandırılması, qiymət
təkliflərinin operativ tərtib olunması və kommersiya yazışmalarının aparılması üçün məsuliyyətli, operativ və
unsiyyətcil işçi axtarışındayıq.
Ünvan: Bakı şəhəri
Vəzifə Öhdəlikləri
Müştərilərdən, tərəfdaşlardan və satınalma sorğularından daxil olan zəngləri,
e-poçtları və sorğuları operativ şəkildə cavablandırmaq;
Tələb olunan
malların/xidmətlərin spesifikasiyasına uyğun olaraq qiymət təkliflərini (commercial offer / proforma invoice)
hazırlamaq və müştərilərə göndərmək;
Göndərilmiş qiymət təkliflərinin
statusunu izləmək və müştərilərlə əks-əlaqə yaratmaq;
Təchizatçılardan və
istehsalçılardan ilkin qiymət və çatdırılma müddətlərini öyrənmək;
Müştəri bazası və daxil olan sorğular üzrə gündəlik/həftəlik hesabatlılığı
aparmaq;
Rəhbərliyin verdiyi digər cari tapşırıqları vaxtında icra
etmək.
Namizədə Dair Tələblər
Təhsil: Ali və ya orta-ixtisas təhsili;
İş təcrübəsi: Analoji sahədə (müştəri xidmətləri, satış dəstəyi, satınalma və ya sorğularla
iş) minimum 1 il təcrübə arzuolunandır (yeni məzunlar da müraciət edə bilər);
Kompyuter bilikləri: MS Office (xüsusilə MS Excel və MS Outlook proqramlarında sərbəst işləmək
bacarığı);
Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili (biznes
yazışmaları və sorğuları cavablamaq üçün arzuolunandır);
Yazılı və şifahi
ünsiyyət qabiliyyəti, rəsmi işgüzar yazışma qaydalarını bilmək;
Operativlik, diqqətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı.
İş Şəraiti və Təminatlar
İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə, 09:00 –
18:00);
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi əmək
müqaviləsi;
Gələcəkdə karyera və əməkhaqqı artımı
imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ləriniMüraciət etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilərlər.
Mühüm qeyd:Məktubun mövzu (Subject) hissəsində Satış və sorğular
üzrə mütəxəssis qeyd olunması mütləqdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
