Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Dəmir-beton və metal konstruksiya işlərinin layihəyə, texniki tələblərə və iş
qrafikinə uyğun icrasını təşkil etmək;
Qəlib, armatur və beton işlərinin
keyfiyyətinə və texnoloji ardıcıllığına nəzarət etmək;
Armaturun sinfi,
diametri, sayı, addımı, ankerlənmə və bindirmə uzunluqlarının, həmçinin betonun qoruyucu qatının layihəyə
uyğunluğunu yoxlamaq;
Beton tökülməzdən əvvəl qəlib və armatur işlərinin
yoxlanılmasında, gizli işlər aktlarının hazırlanmasında iştirak etmək;
Betonun qəbulu, yerləşdirilməsi, vibrasiya ilə sıxlaşdırılması və beton səthinə qulluğa
nəzarət etmək;
Metal konstruksiyaların montajına, anker boltlarına,
boltlu və qaynaq birləşmələrinin layihəyə uyğun icrasına nəzarət etmək;
Briqada və subpodratçıların gündəlik işlərini əlaqələndirmək, görülən işlərin həcmini
yoxlamaq;
Material tələbatını müəyyənləşdirmək, sahəyə daxil olan
materialların uyğunluğunu və sərfiyyatını izləmək;
Gündəlik iş
hesabatlarını hazırlamaq, uyğunsuzluqları qeydə almaq və aradan qaldırılmasını izləmək;
Sahədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
etmək.
Namizədə tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
Dəmir-beton və metal konstruksiya işləri üzrə sahədə minimum 3 il iş
təcrübəsi;
Qəlib, armatur, beton və metal konstruksiya montajı prosesləri
üzrə praktiki biliklər;
Layihələri, işçi cizgiləri, armatur və metal
konstruksiya spesifikasiyalarını oxumaq bacarığı;
Tikinti norma və
qaydaları, keyfiyyətə nəzarət və təhlükəsizlik tələbləri üzrə biliklər;
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
İşçi heyətini idarə etmək, operativ qərar vermək və texniki məsələləri həll etmək
bacarığı;
Məsuliyyət, dəqiqlik və təşkilatçılıq.
İş şəraiti:
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6
günlük
Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə
əsasında müəyyən edilir.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
