Vakansiya haqqında
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən
əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
Əmək qanunvericiliyinə, təlimatlara və rəhbərin əmrinə uyğun olaraq işçilərin
işə qəbulunun rəsmiləşdirilməsi, lazımi sənədlərin hazırlanması;
Məzuniyyət qrafikinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun
aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət, əmək haqqı və vəzifə dəyişikliyi, mükafat,
xəbərdarlıq, töhmət, avans və s. bütün növ əmrlərin və digər əlaqəli sənədlərin hazırlanması;
Əmək müqaviləsi bildirişlərinin və əmək müqaviləsinə edilən bütün dəyişikliklərin elektron
informasiya sisteminə (ƏMAS) daxil edilməsi;
Yeni işçilərin bütün
şəxsi məlumatlarının, işdən çıxanların, vəzifə və əmək haqqı dəyişikliklərinin Tabus proqramına qeyd
edilməsi;
Əmək haqqı tabelinin hazırlanması, mütəmadi olaraq bütün
məzuniyyət və ezamiyyə əmrlərinin, vəzifə və əmək haqqı dəyişikliklərinin, icazə, xəstəlik vərəqəsi və s.
davamsızlıq hallarının tabelə əlavə edilməsi;
İşdən azad olunan işçinin
qanunvericiliyə uyğun olaraq işinə xitam verilməsi, kompensasiyaların hesablanması, təhvil-təslimin həyata
keçirilməsi;
İşçilərin davamiyyət faylının
hazırlanması;
Hamiləlik və doğuşa görə məzuniyyət ilə əlaqədar sənədlərin
hazırlanması, protokolların tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi;
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədlərin hazırlanması, protokolların
tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi;
İR üzrə
menecerin digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
Vakant vəzifə üzrə tələblər:
Yaş həddi: 25-35;
Ali
təhsil;
Müvafiq vəzifə üzrə min. 1-2 il iş
təcrübəsi;
Əmək qanunvericiliyinin əsaslarını
bilməli;
MS Office (Word, Excel, PowerPoint, Outlook və
s.);
Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus və İngilis dili
bilikləri arzu olunandır;
İR üzrə müvafiq sertifikatların olması
zəruridir;
Sənədlərlə işləmək bacarığı;
Problem həll etmək bacarığı;
Ciddi, intizamlı,
səliqəli, məsuliyyətli, dəqiq və etibarlı olmalı.
İş şəraiti:
İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi -
Cümə);
Şənbə və bazar istirahət;
Nahar fasiləsi: 13:00 – 14:00.
Sizə nə təklif edirik?
Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq
rəsmiləşdirilmə;
Rahat ofis və əlverişli iş mühitində çalışma
imkanı;
Rəsmi dövlət bayramları və xüsusi günlərdə
istirahət;
Karyera və inkişaf perspektivləri;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.
Maraqlanan şəxslər öz CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D;(012) 310 39
21
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
