Vakansiya haqqında
BioHerbal Baku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə
olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Tibbi
Nümayəndəaxtarırıq.
Vəzifənin məqsədi
Tibbi Nümayəndə məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin
edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
Bu
vəzifədə əsas məqsəd məhsulların həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin
etməkdir.
İş öhdəlikləri
Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq,
kardioloq, terapevt və s.) məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq
fokuslu və ardıcıl şəkildə təqdim etmək
Şirkət tərəfindən müəyyən edilmiş
hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının
aparılması
Həkimlərdən gələn elmi sual və etirazların mənbələr və
sübutlara əsaslanaraq cavablandırılması
Elmi məqalələr və klinik
araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
Həkimlərdən
alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər
Təhsil (aidiyyatlı ixtisaslar):
Ali Təhsil
Tibb, Əczaçılıq,
Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər sahələr üzrə ali təhsil
üstünlükdür.
Minimum 2 il tibbi nümayəndə
olaraq təcrübə
Digər tələblər:
Mövcüd həkim portfelinə sahib
Peşəkar
kommunikasiya bacarığı
Elmi mətnləri anlama və izah etmə
qabiliyyəti
Səyyar iş rejiminə uyğunluq
MS Office bilikləri
Dil bilikləri (ingilis və ya
rus dili) üstünlükdür
İş yeri: Bakı, Bəşir Bünyadov 37,Bakıxanov
qəs., (ofis)
Yaş aralığı: 25 – 40
İş rejimi: 09:00-18:00 I-V gün Tam ştat (sahə işi)
Təklif etdiklərimiz
Təcrübə və peşəkar kompetensiyalara uyğun əmək haqqı + bonus
sistemi
Qidalanma kartı
Yol
xərci və ya avtomobil mövcuddursa yanacaq kartı
Davamlı təlim və
inkişaf imkanları
Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək
imkanı
Mövzü hissəsində vakansiya adını və bölgəni
qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.
Bu vakansiya kimlər üçün Deyil
“Sadəcə satış etmək istəyirəm” deyənlər
Elmi mövzulara maraqsız olanlar
Həkim qarşısında
özünü rahat və peşəkar ifadə edə bilməyənlər
Bu vəzifə sahədə brend məhsulların elmi təmsilçisidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
