Vakansiya haqqında
Mühəndislik şirkəti aşağıda göstərilən
vəzifə və öhdəlikləri yerinə yetirmək üçün Boru birləşmələrini açıb-bağlama qurğusu maşın operatoru
bacarıqlarına malik işçi axtarır:
Əsas vəzifəsi:
Texniki şərtlər, standart və vəzifəsinə aid təlimatlara riayət etməklə, yivli boru
avadanlıqların birbaşa supervayzer tərəfindən müəyyən edilən qaydada hazırlanmasını, quraşdırılmasını və işə
salınmasını icra etmək. Buraya ANİ və Premium standartlarına istinadən işləmək
daxildir.
Əsas
tapşırıqlar:
İstehsal tələbləri, texniki cizgilər/sxemlər, texnoloji marşrut xəritəsi və ya
istehsal keyfiyyətinə aid standarta dair şifahi təlimatlara əsasən, mexaniki işləri müəyyən etmək və yerinə
yetirmək.
Mexaniki alət və avadanlıqlarını təhlükəsiz iş şəraitində
saxlamaq və nasazlıqlar və ya təhlükəli vəziyyət barədə birbaşa supervayzer və ya rəhbərliyə məlumat
vermək.
İş prosesi zamanı Şirkətin yekun məhsul və ya xidmətinə mənfi
təsir göstərə biləcək keyfiyyət və təhlükəsizliklə bağlı məsələlər aşkarlandığı zaman, bu cür hallar barədə dərhal
məlumat vermək.
24 saat çağırış əsası üzrə işləmək tələb olunur
(planlaşdırılmış növbə zamanı)
İş üzrə tapşırıqları ən yüksək səviyyədə
icra etmək.
Şirkətin bütün keyfiyyət və təhlükəsizlik qaydaları və
korporativ siyasətini başa düşmək və onlara riayət etmək
İşin fiziki
məhdudiyyətləri həcmində supervayzer tərəfindən müəyyən olunan digər vəzifələri yerinə yetirmək.
Səriştə:
Ən azı bir illik təcrübə
Fırlanma
işlərinə aid iş yükünə aid şirkət tələbləri ilə tanışlıq.
Mexaniki
mühəndislik sahəsində iş təcrübəsi üstünlük təşkil edir.
Şifahi və yazılı
şəkildə mükəmməl ünsiyyət qurmaq bacarığı.
Kompüter haqda baza
biliklər.
Avadanlıqlar üçün qeydlər/sənədlərin təsdiqi barədə
bilik.
ANİ Texniki şərti 5CT, 7-1 və Premium Birləşdiricilər/Standartlar
haqda bilik – gələcək təlimlərlə öyrənilə bilər.
Fərdi şəxs təlimatlara
riayət etməlidir.
İş yoldaşları ilə sıx əməkdaşlıq şəraitində işləmək
qabiliyyətinə malik olmalıdır.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
