Vakansiya haqqında
Namizədə olan tələblər
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Şəxsi avtomobilinin olması;
Satış, idarəetmə və
liderlik bacarıqları;
Analitik düşünmə, problem həll etmə və qərarvermə
bacarıqları;
Dəqiqlik, məsuliyyətlilik, nizam-intizam və kollektivlə
işləmək bacarığı.
Vəzifə öhdəlikləri
Tabeliyində olan satış nümayəndələrinin və ekspeditorların fəaliyyətini idarə etmək,
iş prosesinə nəzarət etmək;
Mövcud müştəri bazasının genişləndirilməsini,
yeni korporativ müştərilərin və satış imkanlarının müəyyən edilməsini təmin etmək;
Satış nöqtələri ilə sağlam işgüzar münasibətlər qurmaq və şirkəti yüksək səviyyədə təmsil
etmək;
Əməkdaşlıq edilməyən marketlərin işlənilməməsi səbəblərini
araşdırmaq, nəticələri rəhbərliyə məruzə etmək və yeni məhsulların satış nöqtələrində tanıdılmasını təmin
etmək;
Satış nümayəndələrinin fəaliyyətinə, məhsulların distribusiyasına,
ticarət nöqtələrinə vizitlərin effektivliyinə və marşrut qrafikinə riayət olunmasına nəzarət
etmək;
Aksiyaların müəyyən edilmiş qaydalara uyğun keçirilməsini və
müvafiq hesabatların düzgün hazırlanmasını təmin etmək;
Ərazidə kəsir və
ya şübhəli debitor borcu aşkarlandıqda araşdırma aparmaq, səbəbləri müəyyənləşdirmək və rəhbərliyə, eləcə də Audit
Departamentinə dərhal məlumat vermək;
Rəqiblərin fəaliyyətini və
bazardakı dəyişiklikləri təhlil etmək, satışların artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi ilə bağlı
təkliflər vermək;
Satışlarda azalma müşahidə olunduqda səbəbləri
araşdırmaq, bazar və ərazi təhlili aparmaq, müvafiq tədbirlər təklif etmək;
Ekspeditorların xarici görünüşünə, davranışına, şəbəkə əməkdaşları ilə münasibətlərinə, iş
qrafikinə və ərazilərə vaxtında çıxışına nəzarət etmək;
Məhsulların satış
nöqtələrində düzgün təqdim olunmasını və marketlərin məhsullarla vaxtında, tam təmin edilməsini təşkil
etmək;
Şirkətin satış planının hazırlanmasında iştirak etmək və müəyyən
edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
Kuratorluğunda olan şəbəkə marketləri üzrə debitor borclarını hər ay üzləşdirmək, müqavilə və
ticari şərtləri izləmək, ödənişləri tələb və təqib etmək, ödənişlərin bölgüsünü həyata keçirmək və verilən bölgüyə
görə məsuliyyət daşımaq.
İş şərtləri
Əmək haqqı: 2000–2500 AZN (net);
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 09:00–18:00;
İş ünvanı: Bakıxanov qəsəbəsi, B. Bünyadov küçəsi;
Əlavə təminatlar: Nahar, yanacaq xərcləri, korporativ mobil nömrə və
avtomobilin amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Şəbəkələr üzrə Bölgə
Müdiri” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
