Vakansiya haqqında
İş yeri- Bakı şəhəri
Əmək haqqı- 1 500 AZN-dən başlayaraq
Şirkətimiz xarici bazarlarda satış fəaliyyətinin genişləndirilməsi, yeni ölkə və
regionlarda müştəri portfelinin formalaşdırılması məqsədilə Beynəlxalq satış üzrə menecer / mütəxəssis vəzifəsinə
peşəkar, təşəbbüskar və nəticəyönümlü əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
Şirkətin məhsullarının xarici bazarlarda satışının təşkili və inkişaf
etdirilməsi;
Yeni ölkə və regionlar üzrə perspektivli satış bazarlarının
araşdırılması və potensialın qiymətləndirilməsi;
Müxtəlif ölkələrdə
potensial distribütor, diler, idxalçı, topdansatış şirkətləri və digər B2B müştərilərin müəyyən edilməsi və onlarla
ilkin əlaqələrin qurulması;
Yeni xarici müştərilərin aktiv şəkildə
axtarılması, cəlb edilməsi və uzunmüddətli əməkdaşlığa çevrilməsi;
Mövcud
xarici müştərilərlə işgüzar münasibətlərin qorunması və satış həcminin artırılması;
Potensial müştərilərin ehtiyaclarının öyrənilməsi və onlara uyğun məhsul və kommersiya
təkliflərinin hazırlanması;
Xarici tərəfdaşlarla ingilis və rus
dillərində yazılı və şifahi işgüzar danışıqların aparılması;
Qiymət,
ödəniş şərtləri, çatdırılma şərtləri, sifariş həcmi və digər kommersiya məsələləri üzrə danışıqların
aparılması;
Kommersiya təkliflərinin, təqdimatların və digər satış
materiallarının hazırlanması və müştərilərə təqdim edilməsi;
Satış
prosesinin ilkin müraciətdən sifarişin təsdiqlənməsinə və müqavilənin bağlanmasına qədər idarə
olunması;
Beynəlxalq bazarlarda rəqiblərin, qiymətlərin, məhsulların və
bazar tendensiyalarının mütəmadi təhlil edilməsi;
Ölkələr üzrə bazara
giriş imkanlarının, satış kanallarının və potensial tərəfdaşların araşdırılması;
Müştəri bazasının və satış imkanlarının (sales pipeline) sistemli şəkildə idarə
olunması;
Müştərilərlə aparılan danışıqların, göndərilən təkliflərin və
satış nəticələrinin mütəmadi izlənilməsi;
Satış planlarının və müəyyən
edilmiş aylıq/rüblük hədəflərin yerinə yetirilməsi;
Satış göstəriciləri,
yeni müştərilər, aktiv danışıqlar və perspektiv bazarlar üzrə rəhbərliyə hesabatların təqdim
edilməsi;
Şirkətin məhsullarının xarici bazarlarda tanıdılması və brend
mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərilməsi;
Beynəlxalq sərgi, konfrans və B2B görüşlərdə şirkətin təmsil olunması, yeni biznes
əlaqələrinin qurulması;
Satış prosesində logistika, ixrac, maliyyə və
digər aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək;
Müştəri
məmnuniyyətinin təmin edilməsi və satışdan sonrakı kommersiya münasibətlərinin davamlı şəkildə idarə
olunması.
Tələblər
Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək - hər üç dildə danışıq, yazı,
oxu və anlama bacarığı mütləqdir;
Beynəlxalq satış və xarici bazarlarla
işləmək üzrə bilik və təcrübə;
Beynəlxalq iqtisadiyyat, xarici ticarət və
ixrac prosesləri haqqında biliklərin olması;
Ölkələr, regionlar və
beynəlxalq bazarlar üzrə yaxşı coğrafi biliklər;
B2B satış və yeni
müştərilərin cəlb edilməsi bacarığı;
Bazar və rəqib analizi aparmaq
bacarığı;
Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq
bacarığı;
Analitik düşüncə və kommersiya yanaşması;
Müstəqil işləmək, təşəbbüs göstərmək və satış nəticəsinə fokuslanmaq
bacarığı;
MS Office proqramlarından sərbəst istifadə.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər. Mövzu: “Beynəlxalq satış üzrə menecer”
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
